Sadə pəhriz içkiləri
Pəhriz saxlamaq bir o qədər asan deyil. Bunun üçün güclü iradə sahibi olmaq lazımdır. Bu sahədə çətinliyi olanlar pəhriz içkilərindən başlaya bilərlər. Sadə pəhriz üsullarından biri olan maye qəbulu pəhriz saxlayanlar üçün vacibdir.
Pəhriz içkilərinə yağlılığı çox olmayan süd, adi və mineral sular, tərəvəz suları, kofe və çay kimi içkilər daxildir:
Süd
Südün tərkibində zülal olduğundan toxluq hissini təmin edir və maddələr mübadiləsini sürətləndirməyə faydalııdr. Süddə olan kalsium mineralının nizamlı alınması göbək ətrafında meydana gələn artıq yağlanmalara təsir göstərir. Tam yağlı südlərə görə daha az kalorisi olan südün tərkibində doymuş yağ və xolesterol var. Gündə 2 stəkan süd içmək sümük sağlamlığına faydalıdırdır. Yağlılığı çox olmayan süd artıq çəki probleminə kömək edir.
Adi və mineral sular
Adi su: Əvvəla onu qeyd etmək lazımdır ki, su pəhriz üsulları arasında vacib olanıdır. Uzun müddət toxluq hissi ilə bərabər insan orqanizmində maddələr mübadiləsini sürətləndirməyə kömək edir.
Ardı →