Su

suSu orqanizmə çox lazımdır. Toksinlərin ifraz olunması, qida elementlərinin hüceyrələrə daşınması, təzyiqin tənzimlənməsi, temperaturun nəzarətdə saxlanması, oynaqların və orqanların qorunması, qulaq, burun və boğaz üçün lazım olan nəmli mühitin təmin edilməsi və s. kimi bir çox fəaliyyətlər üçün orqanizmin suya böyük ehtiyacı var. Hər kəs çəkisinə, yaşadığı mühitə, fiziki fəaliyyətinə, tərləmə səviyyəsinə görə suya ehtiyac duyur. 

Susuzluğu aradan qaldırmaq üçün ən yaxşı vasitə yenə su özüdür. Çünki meyvə sularını və qazlı içkiləri çox içdikdə çəkinin artmasına səbəb olur. Bədən daha çox enerji sərf etdikdə suya ehtiyac hiss edir. 

Digər tərəfdən, çox su içmək də zərərlidir. Məsələn, ifrat dərəcədə su içdikdə bədəndə elektrolit itkisi meydana gəlir. Bu isə hüceyrədaxili və hüceyrəxarici mayelərin tarazlığını pozaraq sağlamlıq üçün ciddi təhlükə törədir. Əgər çox ağır fiziki fəaliyyətdəsinizsə, mühitin temperaturu və nəmliyi normadan artıqdırsa, daha çox su itkisi yaşamamaq üçün əlavə olaraq mineral tərkibli mayelərə üstünlük verə bilərsiniz. Yemək zamanı çox su içmək isə həm mədədə turşuluğun azalmasına, həm də həzm probleminin yaranmasına səbəb olur. 

Çox susama bəzən bəzi xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər. Bunların arasında diabet və yoğun bağırsaq problemi əsas yer tutur. Bu vəziyyətdə mütləq həkimlə məsləhətləşmək lazımdır. 

Ürək xəstəliyi, yüksək təzyiq xəstəliyi və şiş problemi olanlar da su miqdarını azaltmalıdırlar. 


Ardı →

"Su" olduğunu düşün

İndi sən «su» olduğunu düşün. Su qədər xüsusi, su qədər faydalı və su qədər çox, tükənməz ...su
 İnanıram ki, həqiqətən də eləsən. Amma istər bulaqlardan tökül, istər göylərdən yağ, istər çaylar dolusu ax; dibi olmayan bir vedrəni doldura bilməzsən. Yəni səni dinləməyənlərə səsini eşitdirə bilməzsən ...
Unutma! Daha çox qışqırdığında daha çox dinlənməzsən. Səs-küyün parçası olarsan yalnız!
Suyun yanında olanlar suyu ən az içənlərdir. Çünki, «Su onsuz da burada, lazım deyil ki  suyu doya-doya içmək» -deyə düşünürlər. Eynilə, səsini davamlı eşidənlərin səni dinləmədikləri kimi.
 Meşədəki heç bir heyvan, çayın səs-küylər qoparan yerindən su içməyə çalışmadı indiyə qədər. Hamısı, həmişə səhərin ən sakit anını gözlədi; suyun durğun yerlərini tapa bilmək üçün getdilər və sakit sakit doyunca içdilər.  Onlar üçün ən uyğun olan və öz istədikləri zamanda .
 Sən, həmişə bir su olduğunu düşün. Su kimi gözəl, su kimi faydalı, su kimi imtina edilməz… Və su kimi həyat qaynağı olduğunu düşün. Amma su kimi yaşadıcı ol; Su kimi dağıdıcı, sürükləyici və öldürücü deyil!
 Sən bir su ol… Amma rəhmət ol,  fəlakət deyil!  Susansa,  tarlalarını basma insanların, yuvalarını yıxma, ocaqlarını söndürmə.  Sənə «fəlakət» deyilməsin! Susansa,  bir stəkana sığmağı bil ki, damarlara girə biləsən!


Ardı →

Nə üçün dərmanı mineral su ilə qəbul etmək olmaz?

Yaxşı olar ki, bütün preparatlar adi su ilə qəbul edilsin. Dərmanı mineral su ilə içmək olmaz, çünki mineral su preparatın bəzi maddələrinin sorulmasına mane olacaqdır. Bunun daha bir səbəbi də vardır. Mineral suda aktiv kimyəvi birləşmələr olduğundan preparatların aktiv maddələri ilə reaksiyaya girəcəkdir.Lakin elə preparatlar da vardır ki, onları mineral su ilə içmək daha səmərəli olar. Məsələn, mədənin selikli qişasına ziyan vurmamaq üçün eritromisin və həll olunmayan aspirin, yod preparatları kimi dərmanları mineral su ilə içmək daha yaxşı olar.
Ardı →

Nə qədər su içək?

Gün ərzində müxtəlif səbəblərdən vücudumuz təxminən 3 litrə yaxın su itirir. Bu yalnız tərləmə nəticəsində baş vermir. Vücudumuz nəfəs alıb-verərkən belə su itirir. Sözsüz ki, itirilən su mütləq bərpa olunmalıdır. Bəzən suya olan ehtiyacımızı başqa mayelər və ya yeməklər vasitəsilə bərpa etməyə çalışsaq da, susuzluğumuzu yatıran ən yaxşı maye yenə də sudur.
Sağlam vücuda, böyrəyə, ciyərə sahib olan orta yaşlı insan hər gün təxminən 3 litrə yaxın su içməlidir. Sözsüz ki, bunun miqdarı yaşdan və insandan asılı olaraq dəyişir. Xüsusilə, səhər tezdən yataqdan qalxan kimi bir stəkan su içmək orqanizmi zərərli maddələrdən təmizləyir və sağlam saxlayır.
Ardı →

Sualtı şəhərin sirri

Tarix kitablarından oxuyuruq ki, 1192-ci ildə baş verən zəlzələ nəticəsində Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı dağılır. Şirvanşahlar Bakını özləri üçün yeni paytaxt seçirlər və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub?
Bu sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır. Əhali arasında dolaşan əfsanə və rəvayətlərdə vaxtilə Bakıya lap yaxın olan, sonradan isə Xəzərin suları altında qalan şəhərdən danışılır. 
Tarixi mənbələrdə də Bakı yaxınlığında dənizdə qala, şəhər barədə söhbət açılır. Məsələn, Arif Ərdəbili 1369-cu ildə yazdığı «Fərhadnamə» dastanında Bakıda gördüklərini belə qələmə alır:


Ardı →

Su haqqında

Su yaradıcı və həyatverici qüvvədir. Su olmadan müxtəlif zərrəciklərin qarışması və yayılması mümkünsüzdür. Su Yer üzündə xaos yaratmış, eyni zamanda həyatla dolu planet əmələ gəlmişdir. Suyun öyrənilməsi müəyyən mənada kainat qanunlarının öyrənilməsi deməkdir. Lap bu yaxınlarda alimlər sensasiya doğuran hipotez irəli sürmüşlər. Həmin hipotezə görə, kainat qanunları suda yazılmışdır. İlahi tənasüb adlanan qızıl nisbət qar suyunun molekulunda aşkar edilmişdir.
Adi suda hidrogen atomları arasındakı bucaq 104 dərəcədir, qar suyunda isə həmin bucaq dəyişməz olaraq 108 dərəcəyə, hidrogen rabitələrinin uzunluqlarının nisbəti 0,618-ə bərabərdir. Bu, suyun xüsusi halıdır.
Donaraq sonradan əriyən su öz yaddaşından həyatın baza proqramı istisna olmaqla, bütün informasiyanı silir.
Davamı →

Əzəmətli üçlük: işıq, hava və su

İşıq və hava bədənin ən başlıca enerji daşıyıcılarıdır. İnsanı soyuqdan, yad gözlərdən qoruyan paltar eyni vaxtda bizi enerji daşıyıcılarından təcrid etdirər. Nəticədə bədəndə karbon oksidi yaranır. Bunun qarşısını almaq mümkündür. K. Nişi təklif edir: hər gün azı 2 dəfə kontrast hava vannası qəbul etmək; gah istia paltarla bədəni qızdırmaq, gah da 12-15 dəq. lüt qalmaq. Bu prosedura dərinin nəfəs almasını gücləndirir, orqanizm bol-bol oksigen qəbul edir, bu da karbon oksidini öldürür, orqanizmin xəstəliklərə qarşı immunitetini gücləndirir. İnsan soyuğa və xəstəliklərə qarşı, o cümlədən xərçəngə qarşı davamlı olur. Nəticə: dərinizə mümkün qədər çox hava dəyməlidir.



Ardı →