Eynşteynin məsələsi

Albert Eynşteynin dediyinə görə, bu məsələni dünya əhalisinin yalnız 2%-i həll edə bilər. Deyilənə görə, özünə assistent yaxud aspirant götürmək istəyənlərə Eynşteyn bu sualı verirmiş. Özü də deyirmiş ki,bunu şifahi həll etmək lazımdır. Azərbaycanda bunu şifahi edə biləcək adamın olmasına düzü inanmaq çətindir:)
Bu tapmacanın Life İnternational jurnalında 1962-ci ildə nəşr olunmuş variantı daha məşhurdur. Müxtəlif versiyalarda məsələdə adı çəkilən siqaretlər, içkilər, xalqların adı və s. dəyişir.
Aşağıdakı məsələ ilə siz də tanış olun, onu qələm-dəftərlə həll etməyə çalışın.


Ardı →

Müəllimin sadə sualına uşağın mükəmməl cavabı

Müəllim şagirddən soruşar:
«Cavab ver görüm, „3 ilə 2“ nə edər?»
Şagird:
«Nəyə görə müəllimim,
bu vəziyyətə görə dəyişir» deyər.
Müəllim:
Necə yəni? deyincə..
Şagird: ;
♦ 3-dən 2 çıxınca 1 qalar.
Bu da ALLAH 1dir deməkdir.
♦ Yox, 3 ilə 2-ni toplasaq 5 edər.
Bu da İslamın 5 şərti deməkdir.
♦ Yox əgər, 3 ilə 2-ni vursaq 6 edər,
Bu da imanın şərti deməkdir.
♦ Hə əgər 3 ilə 2-ni yan-yana oxusaq bu da 32 fərz
deməkdir.
Siz hansını soruşmuşdunuz?

Davamı →

Heyvanları döyüşdürmək doğrudurmu?


Xoruz və öküz döyüşləri, dəvə güləşi bu gün də müxtəlif ölkələrdə müşahidə olunmaqdadır. Azərbaycanda da xoruz döyüşü bir vaxtlar çox geniş yayılmışdı. Bəri başdan deyək ki, bu cür işlər bəyənilmir. Çünki dinimiz təkcə insana deyil, heyvanlara, bitkilərə də əziyyət verməyi qadağan edir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən birində: «Mərhəmət etməyənə mərhəmət olunmaz», — buyurur. Başqa bir hədisində isə Rəsulullah (s.ə.s.) bir pişiyi qapalı yerə salıb aclıqdan, susuzluqdan öldürən birinin cəhənnəmə gedəcəyini bildirir. Yəni Allah ətrafımızdakı heyvanları müəyyən bir vəzifə üçün yaratmışdır. Mələsən, toyuq insanlar üçün qidadır. Bu quşları döyüşdürmək, al qana boyanmasına, şikəst qalmasına səbəb olmaq insafsızlıqdır. Təbii ki, bu cür əməllər nə vicdanlı insanlara, nə də Allaha xoş gedər.
Ardı →