Bir-birindən Maraqlı Suallar

Maraqlı suallar insanı fərqli düşünməyə vadar edərək həyata başqa bir gözlə baxmasına və yeni şeylər kəşf etməsinə kömək edir.

1.Bir məşhurla ən yaxşı dost ola bilsəydiniz, bu kim olardı?

 

2.Heyvanlar danışa bilsəydilər, ən kobudu sizcə hansı olardı?

 

3.Yazar olsaydız ilk kitabınız adı nə olardı?

 

4.Hansı filmdə baş rolda oynamaq istərdiz?

 

5.Zombi qiyaməti olsaydı seçdiyiniz silah hansı olardı?

 

6.Dünya fırlanırsa, niyə tullanarkən yerə düşürük?

 

7.Axırıncı dəfə nə vaxt dejavu yaşamızız?

 

8.Supermen və Batmen döyüşündə kim qalib gələr?

 

9.Həyat deviziniz nədir?

 

10.Rəssam olsaydın, ilk gün nəyi çəkərdin?

 


Davamı →

Mikrobloq

Hörmətli sayt administrasiyası.

Saytda aparılan yenilənməylə bağlı ərsəyə gələn yeni formatdan sonra yaranan və əvəzlənən bəzi bölmələr var.
Bunların içərisində kayzen istifadəçilərin ən sevdiyi bölmə olan Mikribloq ləğv olunub. Yanılmıramsa, onu Divar və ya Lent kateqoriyası əvəzləyib.

Elə bilirəm mənimlə həmfikir olan istifadəçilər çox olar ki, köhnə formatdakı mikrobloq saytın ən fəal, ən işlək, ən maraqlı, həm izləyici, həm oxucu cəlb edən ən aktiv bölməsi idi. Mikrobloqun aktivliyi və simpatikliyinin ən birinci amili, onun göz önündə olması, sayta daxil olmadan belə kənardan oxunması idi. Onu əvəzləyən bölmə isə, təəssüflər olsun ki, bu funksiyaları daşımır.

Davamı →

Məntiqi məsələ

      10-da yuxarı saymağı bacarmayan qoca bir qadın, satmaq üçün yığdığı yumurtaları vedrəyə yığır. Yumurtaları 3-3 yığdıqda 1 ədəd yumurta artıq qalır, 5-5 yığdıqda yenə 1 ədəd yumurta artıq qalır və eyni zamanda 7-7 yığdıqda da 1 ədəd yumurta artıq qalır.

      Yumurtaların cəmi sayı neçədir?


Davamı →

Bir neçə sual

1. Bir müdrik kişi  kağız üzərində xətt çəkir və o birinə deyir ki, bu xətti kiçiltsin.O da bunu yerinə yetirir.

sual:İkinci müdrik kişi  nə edir?

2.Bu əşyanı romalılar  gənclərə at sürməyi öyrətmək üçün kəşf etmişdilər.Siz də çox güman ki, onunla rastlaşmısınız.Ən azından məktəbdə.O nədir?

3.Əsrin əvvəllərində böyük idman -konsert kompleksi tikilmişdi.Onun tərkibində hovuz,idman zalı,kort,türk hamamı,musiqi salonları, restoranlar,barlar var idi.Lakin açılışdan bir neçə gün sonra kompleks qonaq qəbulunu dayandırdı.
sual: Bu kompleks harada yerləşirdi?


4. 40№ sap hansı mənanı daşıyır?

Davamı →

Ürəyinə sual ver!

Türkiyədə yaşayan bir şəxs xəbər tutur ki, İranda dahi bir müəllim yaşayır. O düşünmədən bütün əşyalarını satır, ailəsi ilə vidalaşır və dahilik axtarışına yola düşür. Bir neçə il səyyahlıqdan sonra o ali müəllim yaşayan daxmanı taparaq, qorxu və hörmətlə onun qapısını döyür. Müəllim döyüntü səsinə çıxır.


Şəxs deyir: “Mən Türkiyədənəm”, mən bütün bu yolu qət etmişəm ki, sizə bircə dənə sual verəm. Qaca kişi heyrət içindəydi, amma, dedi ki – “Yaxşı. Siz mənə bir sual verə bilərsiniz”


- Mən istəyirəm ki, sualım aydın olsun. Bu səbəbdən olarmı ki, mən türkcə soruşum?


- Bəli.  Mən hal-hazırda sizin bir tək sualınıza cavab verdim. Əgər siz daha nəsə öyrənmək istəyirsinizsə öz ürəyinizdən soruşun. O sizə cavab verəcəkdir -deyib qapını örtdü.


Paulo Koyelyonun «Məktub» kitabından


Davamı →