Əliaçıqlıq

Bir xəsis öz səyahətləri zamanı sufi bir şəxsə rast gəlir və onlar yollarına birgə davam edirlər.

Getdikləri yolda zamanın tez keçməsi üçün xəsis danışmağa başlayır. O sufiyə ticarətdən necə pul qazandığını, hər qəpiyini necə qoruduğunu, öz həyatı boyu hansı sərvətləri topladığını və hazırda qohumlarının ona necə paxıllıq etdiyini danışır.

Xəsis elə hey həyəcanla deyirdi:

-Bir düşün: onlar ki, əsl tənbəllərdir! Ac dilənçilər! Onlar məni qənaətcil olduğum üçün simic adlandırırlar!

Sufi ciddi şəkildə dedi:

Onlar haqlı deyil, mən ömrümdə sənin kimi səxavətli insana rast gəlməmişəm!

Doğurdan? – deyə xəsis təəccüblə və inamsız şəkildə soruşdu.

Sufi cavab verdi:

— Doğurdan. Sən əslində özünün qənaətcil olduğunu güman edirsən. Əslində sənin əli açıqlığın sərhədsizdir. Elə bir gün gələcək ki, sən istəsən istəməsən də bütün sərvətini öz varislərinə ötürəcəksən: hətta sevdiyin və nifrət etdiklərinə belə sənin sərvətindən pay düşəcək.
Davamı →