Sufizm və eşq

Orta əsrlər mərhələsi İslam dünyasının və müsəlman ölkələrinin ictimai-siyasi, elmi-mədəni, bədii-fəlsəfi düşüncəsinin formalaşmasında xüsusi rol oynayır. Çünki, bu dövr özünün mövzu zənginliyi və rəngarəngliyi ilə seçilir. Bu rəngarəngliyin, zənginliyin yaranmasına və inkişafına xüsusi təkan verən qüvvələrdən biri də təriqət ədəbiyyatı olmuşdur. İslam dini ilə əlaqədar olaraq daha da geniş yayılmağa başlayan, mövzu, bədii-fəlsəfi düşüncə, dini-ədəbi məfkurə baxımından təriqət ədəbiyyatı orta əslər ədəbiyyatının ayrılmaz hissəsidir. Müsəlman ölkələri də İslamla sıx bağlı olduqlarından bir-birinin ardınca və ya eyni zamanda yaranmış bu təriqətlərin təsirindən yan keçməmişdir.

Davamı →