Saytım harada yerləşsin?
Bu günlərdə hostingimin lap zayı çıxdığından bu mövzuya da toxunmaq fikrinə gəldim. O gün uşaqlar tvitterdə deyir ki, bəs database ilə bağlı problemin var. Hostingimi Rusiyadan götürdüyüm üçün, onlara müraciət etdim. Servis deyir ki, bəs sizin sayt L12 serverində yerləşib, Database`lər isə L13 serverində. L13 ilə hal-hazırda problemimiz var… Bu problemdə artıq 1 həftədirki çəkir… Lap bezdiriblər məni… Bu ilin axrında hostingə ödədiyim vaxt bitdikdə, yeni hostingimi Azərbaycanda götürəcəm. Ona görə elə indidən, gəlin Azərbaycan hostingləri ilə tanış olaq. İlkin olaraq, 5 aktiv hosting haqqında danışaq. Bunlar: ActiveCloud, Adanet, SahilHost, SuperOnline Hosting və Yer.az hostingidir. Bu hostinglərin qiymətləri, təklif etdikləri xidmətlər, servis və digər xüsusiyyətləri ilə yaxından tanış olaq.
Ardı →
Ardı →