Dolça bürcü haqqında

Dolçalar Zodiakda ən mehriban insanlardır. Dolçanın ətrafında ünsiyyət üçün kifayətqədər insan olanda, onun həyatı idealdır. Bu insanlar müxtəlif dərnəklər təşkil edirlər: iş yoldaşlannm kompaniyası, köhnə məktəb dostları qrupu, tennis klubu üzrə tanışlar dərnəyi və s. Ona elə gəlir ki, hər hansı bir qrup insanlar ilə sıx-bağlı olmaq mövcudiuğun heç də yaxşı forması deyil.
Dolça bürcü altında doğulan insanların həyata münasibəti — soyuqqanlı, özgələşmiş, müstəqildir. Zodiak bürclərinin əksəriyyətindən fərqli olaraq Dolçanı bir yox, iki planet idarə edir: onu soyuqqanlı və intizamlı olmağa vadar edən Saturn; və başqalarına bir qədər oxşamağa qoymayan, ona azacıq fərqləndirici cəhət verən Uran.
Dolçanın fikrincə, ən pisi bir insana bağlanmaqdır; bu isə öz müstəqilliyini qurban vermək deməkdir. Müstəqillik — Dolça üçün çox vacib bir işdir: onda elə bir təlabat yoxdur ki, kiməsə məxsus olsun və ya kiminsə ona çox böyük ehtiyacını hiss etsin. Dolça elə öz-özlüyündə də çox xoşbəxtdir. Ona ən çox ehtiyacı olan insan elə onun özüdür.


Davamı →