Az su içdiyinizi göstərən məqamlar

1. Ağız quruluğu
Kifayət qədər su içmədiyinizin ən vacib işarəsi ağız quruluğudur. Su çatışmazlığı, ağız quruluğundan əlavə ağız yapışqanlığına səbəb olur. Sudan aldığınız ilk damaldan ağız quruluğunun yox olduğunu görəcəksiniz. Daha çox su içmək istəyəcəksiniz.

2. Dəri elastikliyinin itməsi
İnsan bədəninin 70%-i sudan ibarətdir. Parıltılı dəri üçün bol su içməyə ehtiyac var. Dərinin elastikliyinin azalması, kifayət qədər su içmədiyinizi göstərir. Dərinin elastikliyini yoxlamaq üçün əlinizin üstündəki dərini yuxarı çəkin, əgər dəri həmin an yerinə qayıdırsa, kifayət qədər su içirsiniz.


Davamı →

Niyə ilıq su içməliyik?

Niyə ilıq su içməliyik?
  • Otaq istiliyindəki su daxili orqanları genişlədir. Daha dərin və rahat nəfəs almağınıza kömək edir.
  • Qan dövranın artmasına səbəb olur. Bədənimizə oksigen, qida daha yaxşı yayılır. Orqanlarımız daha yaxşı çalışır.
  • Otaq istiliyində suyun ən böyük faydası mədəyədir. Mədə turşusunun təsirlərini azaldır

Davamı →

Yatmazdan əvvəl mütləq 1 stəkan su için!


Həkimlər sağlam insanlara yatmazdan 1 saat əvvəl 1 stəkan təmiz qazsız suyu içməyi tövsiyə edirlər. Bu çox vacibdir. Yuxu zamanı insan orqanizmi nəfəslə, tərlə maye itirir və bu da susuzlaşmaya səbəb olur. Susuzlaşma bütün insan orqanizmi üçün və xüsusilə də ürək-damar sistemi üçün çox ziyanlıdır.
Davamı →

Hər 1 saatdan bir 1 stəkan su için

Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu sadə qaydaya əməl etməklə siz özünüzü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilərsiniz.

Ən yaxşı seçim dükanlarda butulkalarda satılan təmiz qazsız və şəkərsiz sudur. Bu mümkün olmadığı halda qaynanmış sudan istifadə edə bilərsiniz. Su çox qaynamamalıdır, ilk qabarcıqlar əmələ gələn kimi çaydanı oddan götürün. Qaynanmış suyu 12 saatdan artıq saxlamayın. Suyu asta-asta kiçik qurtumlarla içmək lazımdır. Çox soyuq su içmək olmaz. Bununla siz sağlamlığınıza yalnız ziyan vura bilərsiniz.

Hər zaman yanınızda su saxlayın. Çölə çıxdıqda özünüzlə mütləq 1 butulka su götürün. Hər 1 saatdan bir 1 stəkan su içməyin mühüm faydaları:
Davamı →

Nə qədər su içməliyik?

su həyatdırİnsan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu biz məktəb vaxtından bilirik.  Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişilir və 45%-dan 60%-a qədər çata bilər.

Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi — hüceyrələr arasında olan boşluqlarda və damarlarda olur. Məhz suyun köməyilə orqanizmimizdə gedən, demək olar, bütün proseslər (hüceyrələr arası mübadilələrdən başlayaraq, sinir impulsların ötürülməsinə kimi) mümkün olur. Bu səbəbdən su insan üçün həyat deməkdir. Susuzlaşma zamanı insanın orqanizmində çox ciddi pozulmalar baş verir. Kəskin susuzlaşma hətta insanın az bir müddət ərzində həlak olmasına səbəb ola bilər.

Orqanizmimizin bütün ehtiyaclarını ödəmək üçün bizə nə qədər su lazımdır? Belə bir formul mövcuddur — insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su.
Digər formula görə — 1500 ml + insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir.Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq — suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.


Ardı →