Pozitiv narahatlığın anatomiyası

Bismilləhir-Rahmənir-Rahim!
Allaha həmd olsun ki, bizlərə yaşamaq, dərk etmək, iradəyə malik olmaq kimi böyük nemətlər nəsib edib. Allahdan istəyimiz budur ki, gündəlik həyatımızda bu nemətlərin qədrini bilənlərdən olaq. Bugünkü bəhsimizdə önəmli bir mənəvi mövzuya – xeyirli aqibət mövzusuna toxunmaq istərdik. Əslində hər birimiz həyatında çox önəmli olan, hər birimizi narahat edən mövzulardan biridir. İnsanın bütün yaş dövrlərində, bütün yaş mərhələlərində onu ən çox düşündürən məsələlərdən biri budur ki, bu dünya həyatını başa vurduqdan sonra Allah hüzurunda, Allah qatında yekun durumu, yekun halı, aqibəti necə olacaq.

Davamı →

Tövbə etmək

Gavs-ül-Memduh həzrətləri, bir gün dərgahın qarşısında oturarkən Abdürrahim Əfəndini hüzur şəriflərinə çağırdı. Şama gedib getmədiyini soruşdu : 

«Getmədim əfəndim» deyincə;

«Bu tərəfə bax baxaq nə görəcəksən?» buyurdu.

İşarə etdiyi istiqamətə baxdığında, yamyaşıl bağçalarıyla, Şamın qarşısında dayandığını heyrətlə gördü. Şamı maraqla seyr etdiyini görən Gavs-ül-Memduh;


Davamı →

Lağ etməyin cəzası

Gavs-ül-Memduh həzrətləri, bir gün dərgahın qarşısında oturarkən Abdürrahim Əfəndini hüzur şəriflərinə çağırdı. Şama gedib getmədiyini soruşdu : 

«Getmədim əfəndim» deyincə;

«Bu tərəfə bax baxaq nə görəcəksən?» buyurdu.

İşarə etdiyi istiqamətə baxdığında, yamyaşıl bağçalarıyla, Şamın qarşısında dayandığını heyrətlə gördü. Şamı maraqla seyr etdiyini görən Gavs-ül-Memduh;


Davamı →

Dərmanı əvəz edən meyvə...

Xurmanın vətəni Çindir. Xurma əsl təbii vitamin-mineral kompleksidir.

Bu meyvə A və C kimi güclü antioksidantlar, kalium, kalsium, maqnezium, dəmir kimi vacib minerallar, qidalı liflərlə zəngindir. Soyuq fəsillərdə xurmanın istehlakı vitamin çatışmazlığının qarşısını alır.
1. Avitaminoz və hipovitaminozlardan əziyyət çəkənlər üçün faydalıdır

2. Orqanizmin müqavimətini artırır.
Davamı →

Hər günah bir qara xaldır

İşlədiyimiz hər günahdan könül aynamıza qara bir xal düşər.

Əgər tövbə edib Allahdan əfv diləsək, o qara xal silinər, həm də o xalla birlikdə bütün ayna tərtəmiz hala gələr.

Tövbə etməsək, hər qara nöqtə növbəti qara nöqtənin dəvətçisi olar və o nöqtələr o qədər çoxalar, o qədər sıxlaşar ki, bir gün ayna işığı, nuru əks etdirməz hala gələr.

Qəlbi möhürlənmək də elə budur, tövbəsizlik, halal-haram demədən hər günaha girmək, zülmdən çəkinməmək...

Vicdan dediyin bir qüvvə səni daim narahat edir ki, könül aynasını təmizləyəsən. Əgər sən vicdanın səsinə qulaq vermirsənsə, o da həmin qara nöqtələrin altında qalıb zəifləyir, inləyir və bir müddətdən sonra sən onu da eşitməz olursan.
Davamı →

Tövbə - Allaha sığınmaqdır

Allah-Təala (c.c.) Peyğəmbəri Musaya (ə.s.) belə buyurur:

“Ey Musa, filan məhəllədə bizim dostlarımızdan biri vəfat etdi. Get, onunla bağlı nə lazımdırsa, et. Sən getməsən, biz onun işini öz mərhəmətimizlə həll edərik”.

Həzrəti Musa əmr olunduğu məhəlləyə getdi və oradakılardan soruşdu:

— Bu gecə burada Allah-Təalanın dostlarından biri vəfat etdimi?

Adamlar belə dedilər:

— Ey Allahın Peyğəmbəri, bu gecə Allahın dostlarından heç kəs vəfat etmədi, amma filan evdə zamanını pis işlərlə keçirən əxlaqsız bir gənc öldü. Günahlarının çoxluğuna görə heç kəs onu dəfn etməyə getmir.

Musa belə dedi:

— Mən onu axtarıram.

Evi göstərdilər.
Ardı →

Hər ləkəni yuyan iksir

Əgər insan ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, o, şeytanın yolundadır
Əgər bir nəfər “mənim heç bir günahım yoxdur” deyirsə, əmin olun ki, səmimi deyil. Allah qatında günahsız olanlar ancaq peyğəmbərlərdir.
İnsan fitrət etibarilə günaha açıq bir varlıqdır, yəni günah işləyə bilər. İnsanın insanlığı da elə günah işlədikdən sonra üzə çıxır. Adam var, günahını başa düşən kimi tövbə, istiğfar edir, rahatlığını itirir, gecə-gündüz dua edərək, Allahdan onu bağışlamasını diləyir. Adam da var ki, ağına-bozuna baxmır, nə edir-etsin, özünü haqlı sayır. Əgər insan günahını etiraf eləmədisə, ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, Allaha yalvarıb əfv diləmədisə, demək, o, şeytanın yolundadır.
Ardı →

Tövbə

Tövbə nədir?-dönmək,qayıtmaq və ya üz tutmaq.
Elə bir insan yoxdur ki,günah işlətməsin.Rasulullah (s) buyurur “Hər bir Adəm oğlu xəta edəndir. Xəta edənlərin ən xeyirlisi tövbə edəndir.”Şəriətdə tövbə günah işlədikdən sonra, bir daha həmin günahı işləməməyə dair Allaha söz verib bağışlanma diləməkdir.
“Allah tövbə edənləri, pak olanları sevər!” (əl-Bəqərə 222)
Şeytan isə insanın heç günah işləməməsindən daha çox ,onun tövbə etməsindən zərər çəkir.
Tövbənin şərtlərini bu cür sıralamaq olar.
1. İşlətdiyi günahdan dolayı peşman olmaq.

Ardı →