Dağlaləsi

  • Flora
Dağlaləsi dünyanın ən məşhur güllərindəndir. Yazda və yayın əvvələrində xüsusi seçilmiş soğanaqlardan inanılmaz gözəlliyə malik güllər yetişir. Dağlaləsininin becərilmə tarixi qədim zamanlara gedib çıxır. Bu möhtəşəm gül on yeddinci əsrdə Hollandiyada ən çox becərilən gül kimi məşhurlaşmışdı və günmüzdə də onu heyranedici hesab edən bağbanlar var.

Dağlaləsi sərin iqlimə malik ölkələrdə daha yaxşı çiçəkləyir. Soğanaqlı bitkilər növündən olan dağlaləsinə qulluq etmək sinfin digər növlərinə nisbətən daha asandı. Dağlaləsinə qulluq erkən yazda başlayır. Belə ki, dağlaləsi ilk cücərən vaxt inkişaf etməyən soğanaqları seçib çıxartmaq və onları məhv etmək lazımdır ki, digər soğanaqlarda xəstəliyə yoluxmasın.
Davamı →

Çiçəklər haqqında

  • Flora

Yaz fəslini çox sevriəm və yazın gətirdiyi yaşıllığı, təravəti, sərinliyi və rəngarəngliyi heç nə ilə dəyişmərəm. İndi hər yan gözəlləşməkdə, çiçək açmaqdadır.


Çiçəklər klassik hədiyyə kimi adlandırılsalar da, məncə, onlar indi də öz birincilik, vaciblik və incəliklərini qoruyub saxlayırıar. Yadınızdadırsa keçən yazıların birində qızılgüldən danışmışdım, indi də düşündüm ki, qızılgülün gözəlliyini vəsf elədim, bəs başqa güllər küsməzmi, onlara haqsızlıq olmazmı?! İstəyirəm çox sevdiyimiz başqa çiçəklərdən də qeyd edəm.


Ardı →