Altaylar - türkün ruhu yurd yeri

Dünyada Altay qədər türklərə əziz olan bir yurd yeri tapmaq mümkün deyil. Altay dünya türklərinin anası hesab edilir desək, bəlkə də, səhv etmərik. Bunun da səbəbləri aydındır. Belə ki, bu gün gündoğandan günbatana kimi səpələnmiş bütün türk xalqlarının məhz Altaylardan çıxdığı və Altayın türklərin ilk yurd yeri olduğu məlumdur. Təsadüfi deyil ki, qədim türklər Altayı altun, al-tan adlandırmışlar və tədricən bu söz Altay halına düşüb. Türk xalqlarından danışarkən onların milli kimlikləri və dilləri məhz Altay dilləri qrupu ilə müəyyən edilir.

Altay dünya sivilizasiyasına möhtəşəm bir mədəniyyət bəxş edən qədim şumerləri, kuşanları, osmanlıları və digərlərini verib. Yeri gəlmişkən, şumerlərin eramızdan 3000 il əvvəl Mesopotamiyaya məhz Altaylardan köç etdikləri barədə kifayət qədər tarixi sübutlar var. Şumerlərin Altaylardan çıxdığını bu yaxınlarda Ursul çayı ətrafında yerləşən Karakol (Qaragöl) kəndində üzə çıxarılan qədim məzarlıq da təsdiq edir. Bu məzarlıqda tapılan qədim mədəniyyət nümunələri eramızdan 3000-3500 il əvvəllərə aiddir və onlar şumer mədəniyyət nümunələri ilə sanki əkizdir. Bundan əlavə, son arxeoloji qazıntılar zamanı üzə çıxarılan analoji mədəniyyət nümunələri şumer mədəniyyət nümunələrindən daha qədimdir və bütün bunlar da şumer sivilizasiyasının köklərini Altaydan aldığını göstərir və şumerlərin özləri ilə Mesopotamiyaya böyük bir elmi, mədəni bilik xəzinəsi gətirdikləri şübhə doğurmur.
Davamı →