Əhməd Cəfəroğlu - Mühacirətdə keçən alim ömrü

Tanınmış türkoloq, professor Əhməd Cəfəroğlu XX əsr Azərbaycan ictimai, elmi və bədii fikir tarixində özünəməxsus iz qoymuşdur. Həyatının əsas hissəsini doğma yurdundan kənarda keçirsə də, bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış, xalqının dilinə, ədəbiyyatına, tarix və etnoqrafiyasına dair çoxsaylı elmi əsərlər həsr etmişdir. Bu il görkəmli ziyalının anadan olmasının 120 illiyi qeyd edilir.

Əhməd İsmayıl oğlu Cəfərzadə 17 aprel 1899-cu ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Uşaq ikən atası dünyasını dəyişir, anasının himayəsində böyüyür. 1916-cı ildə şəhərdəki gimnaziyanı bitirir və Kiyev Ali Ticarət İnstitutunun İqtisadiyyat fakültəsinə qəbul olunur. Ancaq o, bu ali məktəbdə il yarım oxuyur. Sonra sənədlərini geri alır, Gəncəyə qayıdaraq 1918-ci ildə qardaş Türkiyədən Bakının daşnak-bolşevik işğalından azad olunması üçün köməyə gəlmiş Qafqaz İslam Ordusunun sıralarında döyüşür.
Davamı →