Azərbaycanın təbii ehtiyatları

Azərbaycan respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik ölkədir. Qarlı zirvəli, yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, geniş düzənliklər, okean səviyyəsindən aşağı ovalıqlar respublikamızın əsas relyef formalarıdır.  Belə mürəkkəb relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki örtüyünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur. Bu isə öz növbəsində əhalinin və təsərrüfat sahələrinin ərazi üzrə qeyri bərabər yerləşməsinə, istehsalın müxtəlif növlər üzrə ixtisaslaşmasına gətirib çıxarmışdır.
Ardı →

Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu

Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan — istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı — kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur.
Ardı →