Göz yorğunluğunu aradan qaldıran təbii üsullar

“Gözlər qəlbin aynasıdır” bədii ifadə olsa da, həqiqətə də uyğundur. Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. 

Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var.

Bu barədə həkim-fitoterapevt Ulduz Hüseynova məlumat verib.

Həkim göz yorğunluğunu və görmə zəifliyini aradan qaldırmaq üçün məsləhət gördüyü ən sadə üsullar haqqında danışıb: “Bunun üçün 1 xörək qaşığı zirə meyvəsi, 1 çay qaşığı göyçiçək çiçəyi və 1 çay qaşığı bağayarpağı yarpaqları buxara verilir, alınan damcılar gündə 3-5 dəfə gözlərə damızdırılır.
Davamı →

Ağcaqanad dişləmələrinə qarşı 5 vasitə

Bu vasitələri hər evdə tapmaq olur və onlar həqiqətən effektlidir.

1. Buz
Yerli keyidici təsir edir, ağrını və qaşınmanı tez bir zamanda azaldır. Buz kubları, buzxanada olan istənilən donmuş məhsul istifadə oluna bilər. Dəridə 10-15 dəqiqədən artıq saxlamayın.

2. Qatıq
Bu da çox effektli vasitəbir. Ağcaqanad dişlədiyi yerə çəkin və saxlayın.

3. Soda
Yarım stəkan suya 1 ç.q. soda əlavə edin, qarışdırın, pambıq, bint və ya pambıq əski isladın və dişlənmiş yerə qoyun. İslatmanı 1-2 dəfə dəyişin.
Davamı →