Təfəkkür və nitqin xüsusiyyətləri

Təfəkkür və nitq psixi hallardan olub bir-birilə sıx bağlılıq təşkil edir. Belə ki, nitqin ləng inkişafı, lüğətin passiv olması ümumiləşdirmələrin zəifliyi və ayrı-ayrı analizatorların qüsurları təfəkkürün funksiyalarının zəifliyinə gətirib çıxarır. Təfəkkür mürəkkəb xarakterli olub, beynin şərti-reflektor fəaliyyətinin mükəmməlləşdirilməsini tələb edir. Oliqofrenlərdə (intellekt pozuntusu olan uşaqlar) yeni, xüsusi ilə də mürəkkəb şərti əlaqələr çətinliklə və ləng formalaşır. Buna görə də


Davamı →

Təfəkkür və onun pozğunluqları

Nə vaxtsa qədim insan daşı daşa sürtməklə tamamilə təsadüf nəticəsində od əldə etmişdir.Sonrakı həyatında o bu vərdişdən istifadə edərək od almaqda davam etmişdir. Bütün bu proses təfəkkür adlanır.Təfəkkür ətraf predmetlərin və hadisələrin insan beynində bir-biri ilə əlaqəli şəkildə inikasıdır.Təfəkkür prosesində üç əməliyyatdan istifadə olunur: analiz, sintez, müqayisə. Təfəkkür özü konkret və mücərrəd olur. İnsan həm konkret, həm də mücərrəd təfəkkürə malik olmalıdır.

Davamı →

Təfəkkürün formaları

Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə.
Məfhum (anlayış) cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilmə­sindən ibarət təfəkkür formasıdır. Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir. Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir.
Məfhumlar xüsusi,  ümumi, konkret və mücərrəd ola bilir.
Davamı →

Təfəkkür haqqında

Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişləndirilməsində həm prosessual, həm də informasiya dayaqları rolunu oynayır. Təfəkkür proseslərinin gücündə idrak prosesi həm dərinləşir, həm də genişlənir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir.
Davamı →