Macarıstan öz təhsilinə görə xeyli üstün ölkədir.


azer ismayilov 3

Macarıstan öz təhsilinə görə xeyli üstün ölkədir.

Bugünkü müsahibimiz Macarıstanın paytaxtında yerləşən İnternational Business School (Beynəlxalq Biznes Məktəbi) Universitetində təhsil alan həmyerlimiz Azər İsmayılovdur. O, Macarıstanın təhsil sistemi, oxuduğu universitet və tələbə həyatı barədə olan fikirlərini bizimlə bölüşmüşdür. Həmin müsahibəni oxuculara təqdim edirik.


Ardı →

Macarıstan məndə “hər zaman çəkdiyin əziyyətin qarşılığını alacaqsan” təəssüratını oyatdı.

 Shamil shahmaliyev Budapestde

Bugünkü müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Debrecen Universitetində tibb təhsili alan həmyerlimiz Şamil Şahmalıyevdir. O, oxuduğu universitetin təhsil sistemi, tələbə həyatı və digər mövzularda olan  suallarımıza ətraflı cavablar vermişdir. Həmin müsahibəni Sizə təqdim edirik.

-Təhsil aldığınız univeristet və ixtisasınız haqqında oxuculara məlumat verə bilərsinizmi?

Mən, Şahmalıyev Şamil, hazırda Debrecen Universitetinin Tibb fakultəsində təhsil alıram. Debrecen Universiteti Macarıstanın ikinci ən böyük şəhəri olan Debrecen şəhərində yerləşir və ölkənin ən qədim universitetlərindən biridir. Onun yaradılması 1538-ci ilə gedib çıxır ki, bu da universitetin necə qədim ənənələrə və zəngin təcrübəyə malik olmasından xəbər verir. Debrecen Universiteti özünün böyüklüyü və tələbə sayının çoxluğu ilə fərqlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu universitet 30 000-dən çox tələbəni özündə birləşdirir. Debrecen Universitetində tibb, stomatologiya, əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tələbələrə tədris olunur.


Ardı →

Debrecen universiteti mərkəzi Avropada ən yaxşı araşdırma universitetlərindən biri kimi tanınır

 surxay - 3

Bu dəfəki müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Debrecen Universitetində təhsil alan həmyerlimiz Surxay Novruzovdur. O, oxuduğu ixtisas, Macarıstanın təhsil sistemi, Debrecen universitetində tələbə həyatı və digər mövzularda  suallarımıza cavablar vermişdir. Həmin müsahibəni Sizə təqdim edirik.

 -Necə oldu ki, məhz Macarıstanda yerləşən Debrecen universitetini seçdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

Mənim üçün hər zaman mərkəzi Avropa ölkələri həm tarixinə, həm memarlığına, həm də təhsil sisteminin özünə məxsusluğuna görə cəlbedici olub. Magistr təhsilimi almaq üçün xaricdə universitetlərə müraciət edən də əsas iki ölkəyə üstünlük vermişdim. Biri Avstraliya, digəri isə Macarıstan idi. Hər iki ölkədə yerləşən universitetlərdən müsbət cavab alsam da, həm reytinqinə görə, həm yerləşdiyi regionda təcrübə cəhətdən daha böyük prespektivlər əldə etmək mümkün olduğuna görə Debrecen Universitetini seçdim. Beləliklə seçim edərək Macarıstanda təhsil almağı Avstraliyaya universitetindən daha üstün tutdum.


Ardı →

V ixtisas qrupu yaradıldı

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən, bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılmışdır.
V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla).   
V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.   Qeyd etmək lazımdır ki, yeni dəyişikliklərə əsasən bu ildən etibarən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili
Ardı →

Macarıstan prezidentinin bitirdiyi universitetdə təhsil alan azərbaycanlı tələbə

eli elekberli 3

Macarıstanın Corvinus universitetində, tətbiqi iqtisadiyyat (applied economics) ixtisas;nda təhsil alan həmyerlimiz Əli Ələkbərli bizim bugünkü müsahibimizdir. O, Macarıstanda yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi, digər mövzularda  suallarımıza maraqlı cavablar vermiş və Budapeşt barədə təəssüratlarını bizimlə bölüşmüşdür. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.

 -Təhsil aldığınız Corvinus univeristeti və ixtisasınız olan tətbiqi iqtisadiyyat barədə oxuculara məlumat verə bilərsinizmi?

Corvinus universiteti Macarıstanda və Avropada iqtisadiyyat üzrə təhsil sahəsində liderlik edən ali tədris müəssisələrindən biridir. Təməli 1850-ci ilə təsadüf edir. Universitetin bütün beynəlxalq standartlara cavab verən yüksək tədqiqat potensialı var. Burada Avropa, Amerika və Asiya təhsil müəssisələrindən yüzlərlə professor-müəllim heyəti müxtəlif mühazirə kurslarına dəvət edilir. Deyə bilərəm ki, universitetdə ən yaxşı təhsili məhz iqtisadiyyat fakültəsində verir.


Ardı →

Macarıstanı seçməyimin səbəbi keyfiyyətli təhsil, yaşayışın isə ucuz olmasıdır

Macarıstanın Corvinus universitetində təhsil alan həmyerlimiz Elvir Məmmədov bizim bugünkü müsahibimizdir. O, beynəlxalq münasibətlər (international relations) ixtisası üzrə magistratura pilləsində təhsil alır. Elvir bəy Macarıstanda yaşadığı tələbə həyatı, Bakıdakı ixtisasını necə dəyişib Macarıstana getməyi və digər mövzularda  suallarımıza maraqlı cavablar vermiş, Budapeşt şəhəri barədə təəssüratlarını bizimlə bölüşmüşdür. Həmin müsahibəni Sizə təqdim edirik.


Ardı →

Britaniya, Estoniya, Polşa universitetlərinə qəbul olsam da, keyfiyyətli təhsil üçün sonda Macarıstanı seçdim

  bahadur cabbarov - 1

Macarıstanın Corvinus universitetində, biznesin idarə edilməsi (Business Administration) fakultəsində təhsil alan həmyerlimiz Bahadur Cabbarov bizim bugünkü müsahibimizdir. O, bir çox aparıcı universitetlərə qəbul olsa da, təhsil alması üçün məhz Macarıstanı seçmişdir. Biz də onun seçiminin səbəbi, Budapeştdə yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi barədə ona suallar ünvanladıq. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.

-Oxuduğunuz ixtisas və Corvinus universiteti barədə məlumat verə bilərsinizmi?

Mən Corvinus universitetində biznesin idarə edilməsi (Business Administration) fakultəsində, bakalavr pilləsində təhsil alıram. Corvinus Universiteti Macarıstanın və Avropanın sayılıb seçilən universitetlərindən biri hesab olunur. Bu universitet iqtisadiyyat və maliyyə  ixtisasları üzrə verdiyi təhsilin keyfiyyətinə görə tanınır və bütün dünyada qəbul olunur. Qeyd etmək istərdim ki, bu universitet “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxildir və mən də Corvinus universitetində bu dövlət proqramı əsasında təqaüdə layiq görülmüşəm və verilən təqaüdlə aylıq xərclərim tamamilə ödənilir.


Ardı →

Avropanın bir çox tanınmış şəhərlərində olmuşam, amma Budapeşt qədər rahatlığı olan şəhərə rast gəlməmişəm.

Almaniyada təhsil almış, lakin hazırda Budapeştdə işləyən Bəxtiyar Hüsiyev ilə müsahibəni Sizə təqdim edirik.

— Necə oldu ki, məhz Almaniyada təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

Almaniyanın həm iqtisadi həm təhsil və həm də təhlükəsizlik baxımından dünyanın ən öndə gedən dövlətlərdən birində olması mənim diqqətimdən yayına bilməzdi. Almaniyadakı havanın soyuq olmasına baxmayaraq ekoloji cəhətdən çox təmiz olması mənim çox xoşuma gəldi. Əminliklə deyə bilərəm ki, Almaniya hem oxumaq həm də yaşamaq üçün ən yaxşı 5 ölkədən biridir.

  — Almaniyada təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Almaniyadakı təhsil sistemi Azərbaycan təhsil sistemindən dəfələrlə üstündür. Almaniyada keçirilən dərslər əsasən müəllim və tələbə arasında dialoq əsasında qurulur, yəni, mövzunun yeni olmasına baxmayaraq müəllim digər dərslərə və ya praktiki misallara əsaslanaraq kecdiyi mövzunu tələbələrə tam olaraq çatdırır. Evdə sadəcə əlavə olaraq müəyyən dərəcədə dərsdə oyrəndiklərimizi genişləndirirdik. Oxuduğum müddət ərzində ən çoc xoşuma gələn məqamlardan biri alman təhsil sistemində individual yox, daha çox komanda şəklində fəaliyyətin nə qədər önəmli və faydalı olması idi. Çünki orada qrup işlərinə professorlar çox önəm verirlər və alınan qiymət imtahandan alınan qiymətə təsir edir və ümumilikdə toplam qiymət imtahan və qrup işindən aldıgın qiymətin cəmi olur. Təəssüflər olsun ki, azərbaycan təhsil sistemində qrup işi ümumiyyətlə mövcud deyi,l həmçinin də imtahanlar test üsulu ilə olduğu üçün artıq öz dəyərini itirir və təhsil sistemi əzbərçilik üzərində olur. Almaniyada isə imtahan test yox yazılı formada olur və tələbə məcburdur ki, semester ərzində keçdiklərini yeniden təkrarlasın və öz biliyini imtahanda nümayiş etdirsin. Almaniyada yataqxana şəraiti muasir standartlara cavab verən səviyyədə mövcuddur və qiymət baxımından kirayə verilən evlərdən daha ucuzdur.


Ardı →

Təhsilimizin “epitet” və “etiket” vurğunluğu

    Belə gorünür ki, ötən hər ilimiz, ayımız və günümüz, sıradan olan hər hansı bir tədbirimiz, təhsilimiz və onun mövcud durumu ilə bağlı iradlarsız və qarşılıqlı ittihamlarsız ötüşməyəcək.

    “Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq… orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansı isə biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır”. Bu sözləri AMEA prezidenti orta məktəblərə yönəlik tənqidi çıxışında deyib.


Ardı →

Ali təhsili olmayan milyarderlər - fotolar

Bəzi milyarderlər var ki, onlar ya ali təhsil almayıb, ya da ki təhsillərini başa vura bilməyiblər.  Beləliklə, normal təhsil görmədən milyarderliyə yüksələn insanları təqdim edir.

Qavril Yuşvaev: Varidatı: 1,7 milyard dollar

Gənc yaşlarında Moskvaya gələn Mahaçqala sakini Qavril Yuşvaev də ali təhsil almayıb. 23 yaşında o, soyğunçuluğa görə həbs olunaraq ömrünün 9 ilini dəmir barmaqlıqlar arasında keçirib. 1989-cu ildə həbsxanadan çıxdıqdan sonra gələcəkdə gələcəyin digər təhsilsiz milyarderi David Yakobaşvili ilə “Triniti” avtosalonunu açıb. Salonda Amerikan maşınları satılırdı. Sonra isə biznesmenlər kazino açıblar.


Ardı →