Təkər alarkən nələrə diqqət etməli?

Əksər sürücülər təkər alarkən onun hansı şəraitdə saxlanılmasına fikir vermir. Əslində isə burada diqqət ediləsi bəzi məqamlar var.

Hazırda bazarda təkərlər həm açıq, həmdə bağlı şəraitdə satılır. Ustaların dediyinə görə, açıq şəraitdə saxlanılan təkərlərin bağlılarla müqayisədə bir sıra mənfi xüsusiyyətləri var.

Təkər bazarında çəkiliş apararkən də məlum oldu ki, satıcılar bu tələblərə əməl etmir. Yəni təkərlər açıq şəkildə satılır. Satıcılar deyirlər ki, xaricdən təkər alarkən ona üzlük vurdurmaq üçün əlavə bir dollar tələb olunur ki, bunda da əksər alıcı maraqlı deyil.

Usta, Sahil Ağabəyli deyir ki, təkərlər mütləq bağlı şəraitdə saxlanılmalıdır. Əks halda onların ömrüz göstəriləndən az olur. Ustanın sözlərinə görə, açıq şəraitdə deformasiyaya uğramış şinlərin avtomobilə taxılmsı hətta qəzaya da səbəb ola bilər.

milli.az 
Davamı →

Təkərlərin istifadə müddəti

təkərQış mövsumu ilə əlaqədar avtomobil istifadəçiləri təkərlərin vəziyyətini nəzarətdə saxlamalıdırlar.
Yeni təkərlərin bahalılığı və Almaniya istehsalı olan ikinci əl təkərlərin münasib qiymətə satılması avtomobil sahiblərinin bunlardan istifadə etməsinə şərait formalaşdırır. Ancaq istənilən halda təkərlərin istismar müddətinin keçməməsinə diqqət etmək lazımdır. Bəs bunu necə bilmək olar ?

Mütəxəssislər avtomobil təkərlərini istehsal tarixindən 5 il sonra istifadə olunmamasını tövsiyə edirlər. Elastikliyini itirmiş təkərlərdə, xüsusilə isti havalarda çatlama olur. Bu da təkərin partlama riskini artırır.Təkərin istehsal tarixini müəyyənləşdirməyin sadə bir yolu var. Onun üzərində 4 rəqəmli damğa olur. Bu damğada ilk iki rəqəm təkərin istehsal olunduğu həftəni, son iki rəqəm isə istehsal ilini göstərir. Tutaq ki, təkərin üzərində 4002 damğası var. Deməli, təkər 2002-ci ilin 40-cı həftəsində istehsal olunub.

 


Davamı →