4. Təklif (supply)

Təklif
Indi bazarın başqa tərəfinə diqqət yetirək və satıcıların davranışını təhlil edək. Təklifin həcmi satıcıların alıcılara satmaq istədiyi və sata bildikləri istənilən əmtəə və xidmətlərin miqdarını əks etdirir. Bir daha don­durma bazarına qayıdaq və təklifin həcmini müəyyən edən amillərə baxaq.


Fərdi təklifin amilləri
Təsəvvür edin ki, siz dondurma istehsal edən və satan «Tələbə sevinci» kom­­­pa­niyasını idarə edirsiniz. Sizin istehsal edib satmaq istədiyiniz dondur­­ma­­nın miqdarını nə müəyyən edir? Bəzi mümkün olan cavablar aşağı­dakılar­dır.
Qiymət(Price). Dondurma təklifinin həcminə təsir edən amillərdən biri qiymət­dir. Dondurmaya yüksək qiymət müəyyən edildikdə, istehsalın gəlirliliyi yüksəlir və əmtəənin təklifi artır.


Ardı →