Makiyajsız yatmaq üçün 6 vacib səbəb

Dəriyə yaxşı qulluq etsəniz, faydasını həm indi, hıəm də gələcəkdə görərsiniz. Yatmazdan əvvəl dərini makiyajdan silmək ən vacib qaydalardan biridir. Bunun üçün makiyajı təmizləməyi vərdiş halına gətirməlisiniz.

Qırıq və zəif kirpiklər – Qadınlar uzun və gur kirpiklərə sahib olmaq üçün müxtəlif üsullara əl atır. Buraya tuş da daxildir. Tuşla yatmaq kirpiklərin qurumasına, nəticədə isə qırılmasına səbəb olur.

Tıxanmış məsamələr – Makiyajla yatmaq dərini nəfəs almağa qoymur və məsamələrin tıxanmasına səbəb olar. Bu isə sızanaqların meydana gəlməsinə şərait yaradır.

Ləkəli yastıq üzləri – Tonal krem, ya da tuş yastığa bulaşdığı zaman onu təmizləmək bir xeyli vaxt aparacaq.

Bakteriyalarla dolu yataq – Yatmazdan əvvəl üzü yumaq dərini makiyjadan və bakyeriyalardan təmizləyir. Gün ərzində dəriyə bulaşan çirkləri yatmazdan əvvəl təmizləməsəniz, dəridə yaralar və qaşınmalar əmələ gələ bilər.

Solğun dəri – Qadınlar dərisinin parlaq və və gənc görünməsini istəyir. Makiyjla yatmaq dərini qurudur və solğunlaşdırır. Dərini örtən makiyaj gecə dərinin özünü yeniləməsini çətinləşdirir.

Səhər makiyajı silmək daha çətindir. Gecə makiyajla yatmısınızsa, səhər onu təmizləməyin nə qədər əziyyətli iş olduğunu yaxşı bilirsiniz. Bu baxımdan makiyajla yatmaq parlaq fikir deyil. Lakin çox yorğun olsanız və makiyajı təmizləməyi yaddan çıxarsanız, səhər yuxudan duran kimi skarbla pilinq edin. Sonra isə nəmləndirici çəkin. Dərinin hava alması üçün həmin gün makiyajsız gəzsəniz, yaxşı olar.  
Davamı →

Günəş ləkələri

Kimyəvi üsullara müraciət etmədən əvvəl dəridəki ləkələrdən xilas olmaq istərdinizmi? Özümüzü günəşin isti qollarına etibar etməzdən əvvəl xüsusi qulluq vasitələrinə müraciət etməlisiniz. Dərini çox pis göstərən bu ləkələr sağlamlığa da ciddi problemlər yarada bilər.

Günəş ləkələri yaranmazdan əvvəl qarşısını almaq üçün qoruyucu maddələr istifadə etmək şərtdir. Üz, çiyin, sinə və kürək bölgəsində yaranan bu ləkələrin yaranmasına mane olmaq üçün aşağıdakı maskanı hazırlayın. Bu maska dərini günəşin mənfi şüalarından qorumaq üçün həm çox effetklidir, həm də dərini hamarlaşdıran təbii vasitədir.

Bir qədər cəfəri
Bir fincan qatıq
Bir qədər limon suyu

Bu ərzaqları yaxşıca qarışdırıb püre halına gələnə qədər qarışdırın,  üz və dekolte hissələrinə çəkin. 30 dəqiqə gözlədikdən sonra ovaraq təmizləyin. İlıq su ilə yaxalayın. Bu maskanı həftədə iki gün istifadə edin. Günəşə çıxarkən yüksək faktorlu qoruyucu kremlər istifadə etməyi unutmayın!
Davamı →

Əlvida çillər

Barbunya çilləri yox edir! 
Yaz aylarında çillər daha da çoxalır. Bu isə qadınlarda xoşagəlməz hisslər yaradır. Bəzi qadınlara yaraşsa və gözəl görünsə də, çoxu çilləri sevmir və bunu yox etmək üçün müxtəlif üsullara əl atırlar. Siz də çillərdən əziyyət çəkir və çirkin görüntü yaratdığını düşnürsünüzsə, yazını diqqətlə oxuyun. 

Üzdəki çillərdən xilas olmaq üçün kosmetik şirkətlər öz məhsullarını nə qədər reklam etsələr də, çillər və ləkələrlə mübarizədə çox zəif nəticə göstərir. Ən çox müraciət edilən üsul isə peelingdir. Onun nəticələri isə məlumdur. Bu, proses erkən yaşlanmaya səbəb olur. Ancaq bu problemini də təbii və bitkilərlə aradan qaldırmaq olar. Çillərin həlli tərəvəzlərdə gizlənib. Barbunya çillər və günəş ləkələrinə böyük təsir edir. 

Hazırlanması:
100 qr ağ barbunyanı gecədən isladın. Səhərisi gün də 1 litr suyun içində qaynadın. Bişdikdən sonra yaxşıca süzün. Əldə etdiyiniz barbunya suyunu 5 gün ərzində çillərə və ləkələrinizə çəkin. Bu məhlulu soyuducuda saxlamaq lazımdır.
Davamı →

Sağlam və təmiz dəri

Dərimizin sağlam və gözəl olması bizim gözəlliyimizin ilkin şərtlərindəndir. Dərinin quru olması dərinin vaxtından tez qocalmasına səbəb olur. Bunun üçün sabundan uzaq durmaq lazımdı.
Sabun dərinin qurumasına səbəb olur və bununla da dəri vaxtından tez qocalır və qırışır. Ona görə vacib olmadığı zaman sabundan uzaq durmaq lazımdı.
Gecələr yatmamışdan ən azı 1 saat əvvəl üzünüzdən makiyajı tam olaraq təmizləyib, üzünüzü iliq su ilə yumanız məsləhət görülür. Sonra isə üzünüzə nəmləndirici gecə kremi çəkmək lazımdı. Yatmamışdan əvvək kremi üzünüzdən salfetka ilə silməlisiniz.

Makiyaji dərinizdən silmədən yatmayın. Çünki üzümüzdə qan dövranı gecə vaxtı daha çox olur. Bu vaxtı dərimiz hər şeyi daha çox canına çəkir, yəni dəri üzərində olan makiyaj, gün ərzində dəri üzərinə yığılmış toz, təmizlənmədikdə gecə vaxtı dəriyə hopur. Bu isə dəridəki məsamələrin çirk və tozla dolmasına səbəb olur. Beləliklə, dəridə sızanaqlar və civzələr yaranır. Dəri nəfəs ala bilməyəndə, yəni dəri ona lazım olan oksigeni ala bilməyəndə tez qocalır, yəni elastikliyini itirir və qırışır.

Həmçinin bax: Üz dərisinə gündəlik qulluq 

 


Davamı →