Evdəki tozdan yaranan allergiya və müalicəsi
A.Ağayevanın sözlərinə görə, iqlim və ilin fəslindən, evin yerləşməsindən asılı olaraq məişət tozlarının miqdarı dəyişə bilər: «Məişət tozu allergenlər toplusundan ibarətdir və onlardan ən əsası məişət tozu gənəsidir. Həmin gənələr adi halda gözlə görünməyən 0,3 millimetr diametrində olan çox xırda buğumayaqlılardır. Onlar məişət tozunun xeyli hissəsini təşkil edən insan dərisindən qopan pulcuqlarla qidalanır. Gənələr əsasən çarpayı, balış, yorğan-döşək və s. yataq dəstlərində yaşayır. Məişət tozuna, əslində isə gənələrə qarşı olan allergiya əksər hallarda öskürək, rinit, az-az hallarda isə konyunktivit şəklində təzahür edir. Öskürək tutması xəstə yuxudan oyananda başlayır. Allergiya əlamətləri bütün ilboyu hiss olunur, havanın nəmliyinin daha yüksək olduğu payız və qış aylarında xəstələr özlərini daha pis hiss edirlər».
Davamı →