Obsessiv-kompulsiv pozuntu (OKP)

Obsessiv-kompulsiv pozuntu (OKP) nədir?

Obsessiv-kompulsiv pozuntu gündəlik həyata və hətta həyati fəaliyyətlərə təsir edən obsessiv düşüncələr nəticəsində yaranan psixi xəstəlikdir. Obsessiv düşüncələr və impulslar mənasını verən obsessiya və təkrarlanan zehni hərəkət və davranışlar mənasını verən məcburiyyət xəstəliyi əmələ gətirir. 


Davamı →

Qadınların gigiyenada yol verdiyi SƏHVLƏR

Yay aylarında gigiyenaya xüsusi diqqət yetirmək lazımdır.
Ancaq isti mövsümdə yalnız gündəlik duş, epilyasiya və pedikür kifayət deyil.

Xanımların səliqəsiz görünməsinə səbəb olan 5 ən çox rast gəlinən səhv var:
  1. Ayaqqabı ilə bağlı problemlər - Kəmər, toqqa və nazik dəri elementlərdən ibarət yay ayaqqabıları yayda ayaqların sağlamlığına zərər vurur. Xanımların yara bandını niyə görməməzlikdən gəlmələri tamamilə aydın deyil. Əgər sürtünmə və döyənək artıq baş veribsə, dabanlar quruyubsa, onları soda və alma sirkəsi ilə vanna edib aradan qaldırmaq olar.

Davamı →

Uşaqlarda əl yuma vərdişini necə və nə zaman yaratmaq lazımdır?

«Uşaqlara əl yumaq vərdişi məktəbdən öncə aşılanmalıdır. Uşaqlar müntəzəm olaraq əl yumaq vərdişinə yiyələnsələr, bu onları qrip, Hepatit A, vərəm və ishal kimi bir çox xəstəliklərdən mühafizə edər».
Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.
Uşaqların əl yumaq vərdişinə yiyələnməyini istəyirsinizsə, ilk olaraq özünüz ona nümunə olmalısınız. Bundan da əhəmiyyətlisi bunu onlar üçün əyləncəli bir hala gətirməlisiniz.

Davamı →

Uşaqlarımız üçün sağlamlıq vərdişləri

Uşaqlıq dövrü insanın gələcək inkişafının təməlinin qoyulduğu çox önəmli bir dövrdür. Bu dövrdə qazanılan sağlamlıq vərdişləri insanın gələcək həyatında öz müsbət təsirini mütləq şəkildə biruzə verir. Bu səbəbdən valideynlər sağlamlıq vərdişlərini nəinki özlərində yaratmalı, hətta öz uşaqlarına da bu vərdişləri erkən yaşlarından aşılamağı bacarmalıdırlar.

Hər mövzuda olduğu kimi sağlamlıq mövzusunda da bütün aləmlərə örnək olan Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) gündəlik vərdişlərinin təkcə ruhi və mənəvi cəhətdən deyil, həm də sağlamlıq – fiziki cəhətdən olan faydaları müasir dövrün sağlamlıq mütəxəssisləri tərəfindən elmi cəhətdən sübüt olunmaqda və tətbiq edilməkdədir. Günümüzə qədər gəlib çatan belə sağlamlıq vərdişlərindən bəzilərini təqdim edirik:

Davamı →