İvan Krılov - 250 yaşlı təmsil ustası

Yaradıcılığı ilə rus ədəbiyyatında dərin iz qoymuş şairlərdən biri də məşhur təmsil ustası, jurnalist İvan Andreyeviç Krılovdur. Bu il ədibin anadan olmasının 250 illiyi qeyd edilir.

Krılov 1769-cu il fevralın 13-də Moskvada anadan olmuşdur. On dörd yaşından yaradıcılığa başlamış və ədəbiyyat aləmində ona böyük şöhrət qazandıran təmsillər qələmə almışdır. Krılova qədər təmsil yalnız uşaq şeiri, yüngül və əyləncəli bir məşğələ hesab olunurdu. O isə təmsili çox ciddi bədii bir janr səviyyəsinə qaldırdı, bu janrda yazdığı orijinal bədii nümunələrlə ədəbiyyat aləmində öz imzasını qoydu.

Görkəmli rus şairi A.Puşkin, məşhur ədəbi tənqidçi V.Belinski, yazıçı N.Qoqol və başqaları Krılovun həqiqi bir xalq sənətkarı olduğunu qeyd etmişlər. Hətta Qoqol onun təmsillərini “rus xalqının hikmət kitabı” adlandırmışdır.
Davamı →

İvan Andreyeviç Krılov

KrılovBöyük rus şairi İvan Andreyeviç Krılov 1768–ci il fevralın 13-də Moskva şəhərində anadan olub. O, sistemli təhsil almış, müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənib. On dörd yaşından yaradıcılığa başlayıb və bir çox satirik əsərlər yazmış. 1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən «Qəhvədan» adlı komik operasını yazmışdır.

İvan Andreyeviç Krılov 1786-1788-ci illərdə «Quduz ailə», «Yazıçı dəhlizdə», «Dəcəllər» adlı komediyalarını yazmışdır. Jurnalistlik fəaliyyətinə 1792-ci ildə yazdığı «Qaib» povesti ilə başlamışdır. Krılovun satiraları II Yekaterinanın narazılığına səbəb olduğundan o, bir müddət ədəbi fəaliyyətdən əl çəkmiş və əyalətdə gizlənmişdi. Onun 1807-ci ildə yazdığı «Moda dükanı», «Qızlara nəsihət» komediyaları, "İlya Muromets" komik operası şöhrət qazanmışdır. 
Davamı →

Ezop

EzopƏfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təqribən eramızdan əvvəl VI əsrdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, Ezop kölə olub. Sonradan ona azadlıq verilib. Ezop Delfiya şəhərinin sakinləri tərəfindən öldürülüb. 

Orta əsrlərdə Bizansda Ezopun məzəli bioqrafiyası yazılıb. Uzun illər həmin bioqrafiya Ezop haqqında dəqiq məlumatlar mənbəyi sayılıb. Burada Ezop dəyər-dəyməzinə alınıb-satılan, özü kimi kölələr, habelə nəzarətçiləri və ağaları tərəfindən daim incidilən bir şəxsdir. Lakin bu bioqrafiya Ezop haqqında həqiqətdən nəinki o, hətta yunan mənşəli deyil.

Onun bioqrafiyası hətta yunanlar tərəfindən yazılmayıb. Ezopu qozbel, axsaq, meymun sifətli, əlqərəz, hər baxımdan Apollonun ilahi gözəlliyinin tam əksi kimi təsvir ediblər. O, heykəltəraşlıqda da belə təsvir edilib, o cümlədən bizim günlərə qədər gəlib çıxan maraqlı heykəldə də bu şəkildədir.
Davamı →