Tənbəlliyə qalib gəlmək üçün ...

Tənbəllik müasir insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi olmur.
Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur.
Biz bu fikri belə analiz edə bilərik: insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur.

Davamı →

Tənbəlsiniz yoxsa təxirə salma xəstəliyiniz var?

Təxirə salmaq xəstəliyi nədir?

İnsanın etmək üçün vaxtı, enerjisi və imkanı olmasına baxmayaraq bir və ya bir neçə dəfə gecikdirərək işi görməkdən yayınması olaraq təyin olunan təxirə salmaq xəstəliyi insanın gündəlik həyatına mənfi təsir göstərir. Görülməsi lazım olan işləri qeyri-müəyyən və saysız-hesabsız təxirə salan insanlar vaxtdan düzgün istifadə edə bilmədiklərindən həm məktəbdə, həm də iş həyatında çətinliklərlə qarşılaşırlar. İşin tamamlanma vaxtı yaxınlaşdıqca hirs və stress səviyyələri artır.
Davamı →

Artıq çəkinin qadın-kişi münasibətinə təsirləri

Artıq çəki problemi demək olar ki, hər qadını bu və ya digər dərəcədə narahat edir. Dietoloqlar, psixoloqlar, fizioloqlar uzun illərdir ki, bu problemi həll etməyə çalışır. Bunun üçün qadınlara min bir üsul təklif olunur. Lakin hələ də problem öz həllini tapmayıb.

Çoxları artıq bilir ki, arıqlamaq üçün satılan bütün vəsaitlər müəyyən müddət təsir göstərir. Əldə edilən nəticəni saxlamaq üçünsə çoxlu qüvvə və enerji xərclənir. Hər zaman kalorini hesablamaq, özünü yeməkdən məhdudlaşdırmaq, idmanla məşğul olmaq, ağır pəhrizlər saxlamaq lazım gəlir. Bütün bunlarsa insan enerjisini yorur...

7 il qadın psixologiyasının və qadın-kişi münasibətlərinin öyrənilməsindən sonra mütəxəssislər bu qənaətə gəlib ki, qadın və kişi enerjiləri arasında balansın pozulması çəkinin artmasına səbəb olur. Xüsusən də qadınların çoxu 40 yaşdan sonra artıq çəkidən əziyyət çəkməyə başlayır, süstlük, yorğunluq, depressiya və tənbəllik kimi fəsadlar özünü göstərir. Psixoloqlar bildirib ki, artıq çəki, tənbəllik və depressiya qadın enerjisinə birbaşa təsir göstərir. Depressiyanın əlamətlərindən biri də fəallığın azalmasıdır.
Davamı →

Tənbəlliyə qalib gəlmənin 5 yolu

1. Başlanğıc üçün ümumiyyətlə heç bir şey etməyin.
Bütün fəaliyyətlərinizi dayandırın; otaqda o yan bu yana getməyin, kompüter arxasında oturmayın, yeməyin, oxumayın, musiqi dinləməyin. Gözlərinizi yuma bilərsiniz. Buna 10 dəqiqənizi ayırın və özünüz bir işlə məşğul olmaq istəyəcəksiniz. Burda mediativ bir təcrübə var, bu tənbəlliyi aradan qaldırır və enerji qazandırır.

2. Buda 5 dəqiqəlik iş var.
İşə bunun nə qədər ağır olduğu düşüncəsi ilə başlamayın. Özünüz 5 dəqiqə işləyəcəyinə inandırın. Beş dəqiqəyə dözmək heç də çətin deyil və bu, işə başlamaq üçün kifayətdir. Çox güman ki, bununla da işinizi sona qədər çatdırcaqsınız.

3. Böyük işləri hissələrə ayırın.
Böyük məsələnin həllinə başlamaq heç də asan deyil. İşi hissələrə ayırın və onları ardıcıllıqla yerinə yetirin. Bu daha asan çıxış yoludur!


Ardı →

Etməyə tənbəllik etdiyimiz 15 şey

1. Ütü bəlasıtənbəl
Bəzi insanlar alt paltarına qədər hər şeyi ütüləməyə meyillidirlər. Başqa insanlar üçünsə bu bir dərddir. İşə gecikəndə geyinməyi planladığınız paltarın ütüsüz olması, bir də uzun dəmdəsgah qurmaq çox yorucudur. 

2. Süfrə toplamaq
Yeməyi ən sonda bitirən süfrəni yığmalıdır. Bu məsələdə də sonuncu olmaq cansıxıcıdır. Yemək yeyib üzərindən bir çay içməyi hər kəs istəyər. Di gəl əksəriyyət insan süfrəni toplamağa ərinər.

3. Hamama girmək
İngilislər kimi hər gün çimmək bizə bir az yaddır. Tezdən durub işə getmək, işdən yorğun qayıtmaq, qayıdanda evdə suyun gəlib-gəlməməsi, günlərin necə keçdiyini hiss etməzsiz. Çimmək lazım olduğunu bilib, hamama girməyə ərinirik. 
Ardı →

Cəhalət sənin düşmənindir

Atanın oğula məktubu.

Əziz balam Enriko!
Ananın dediyinə görə dərs oxumaq sənə çox çətin gəlirmiş. Mən hələ görməmişəm ki, sən məktəbə sevinərək gedəsən və sənin bu həvəssizliyin məni məyus edir. Azca düşün. Tutaq ki, sən məktəbə getmədin və bütün gününü həyətdə oynadın. Düz bir həftədən sonra isə bu sənə çox bezdirici gələcək. İnan ki, sən sevinclə məktəbə gedən uşaqları gördüyün zaman özün özündən utanacaqsan və gəlib bizə yalvaracaqsan ki, biz səni məktəbə yollayaq.

Əzizim Enriko, hamı işləyir. Boş gəzən ancaq dəlilər və avaralardır. Düşün, bütün günü işləyib, sonar da, gecə məktəbinə yollanan fəhlələri düşün. Qadınları, qızları düşün, hansı ki, bütün həftə boyu işləyib, sonra da bazar günləri məktəbə gedirlər. Əsgərləri düşün, o əsgərləri ki, təlimlərdən yorğun qayıdır və sonar da, əllərinə kitab dəftər alırlar. Sən gözləri görməyən, qulaqları eşitməyən uşaqları düşün, onlar belə oxumağa çalışırlar. Məhbusları göz önünə gətir. Məhbuslar da oxuyub-yazmağı öyrənməyə çalışırlar.


Ardı →