Tənqidçi Şəxsiyyəti Qulu Xəlilov
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Yazmağa tənbəllik elədiyim mövzuların beynimdə arı kimi vızıldadığı bir vaxtda bu yazının növbədənkənar irəli soxulması özümə də təəccüblü gəlir.
Müasir Azərbaycan ədəbi tənqidindən bəhs edəcəyəm, mövzu ürəyinizcə deyilsə, bəri başdan qayıdıb gedə bilərsiz.
Məndən ədəbi tənqidimizə layiq baxımlı, ütülü, kostyum-qalstuklu, ətli-canlı cümlələr gözləməyin. Ədəbi terminlərlə bəzənmiş, parıltılı, gurultulu, ali savadlı, filoloji- kultroloji üslub ummayın. Bu şərtlər altında bəndənizin pərakəndə fikirlərindən ibarət kasıb bir yazı oxumaq istəyirsizsə, getdik.
Deməli, birinci və ən əsas fikrim odu ki, bizim tənqidçilərlə yazarların bir- birini görməyə gözü yoxdu. Düşünməyin ki, bu həmişə və hər yerdə belədi. Söhbət sağlam rəqabətdən, peşəkar qarşıdurmadan getmir. Bizimkilər bir-birlərini, sadəcə olaraq, sevmirlər. Bu qarşılıqlı sevgisizliyin sirli bir səbəbi yoxdur, eləcə vəziyyət “azərbaycanca”dır.