Ağız boşluğunun gigiyenası

Ağız qoxusu fizioloji və patoloji ola bilər. Fizioloji ağız qoxusu hər kəsin ağzında olan gündəlik bakteriyaların yığılması nəticəsində yaranan qoxudur.

Patoloji ağız qoxusu isə ətrafdan hiss ediləcək dərəcədə olur. Ağız qoxusu lokal və sistemik xəstəliklər səbəbiylə də ortaya çıxır. Ağızdakı çürük dişlər, plomblar, köhnəlmiş örtmələr, dil üzərində yığılmış mikroorqanizmlər və yaranan faringit lokal səbəblərə aiddir.

Bağırsaq, mədə, qaraciyər xəstəliklərindən yaranan ağız qoxusu sistemik səbəblərə aiddir.

Türkiyəli mütəxəssis Ahu Alçının sözlərinə görə ağız qoxusu şikayətiylə gələn xəstələrə ilk öncə gigiyena təhsili verilməlidir. Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən ağızda pis qoxudan qurtulmaq olar. Bunun üçün dişlərə xüsusi qulluq etmək, dişarasında olan qida qalıqlarını və dili təmizləmək vacibdir.


Ardı →

Ağız qoxusunun qarşısını necə almalı?

Xüsusən də səhər yuxudan duranda ağızda pis qoxular olur. Lakin ağız qoxusu ilə mübarizə aparmaq və yox etmək mümkündür. Qarşınızdakı insanın sizinlə danaşarkən özünü narahat hiss etməməsi üçün bunlara əməl etməlisiniz! 
 
  • Çoxlu su için. Bədən susuz qaldığı zaman ağızda pis qoxular yaranır. 
     
  • Dişlərinizi fırçalayarəkən diş ipi işlədin və ən əhəmiyyətlisi, dilinizi də təmizləməyı unutmayın. 
     
  • Keyfiyyətli qarqara suyu işlədin. 
     
  • Şəkərsiz saqqız çeynəyin. 
     
  • Gün ərzində 1 ya da 2 ədəd mixək çeynəyin. 
     
  • Siqaret, ədviyyatlı yeməklər, şəkərli saqqızlar ağızdakı bakteriyaları artırır və qoxunun yaranmasına səbəb olur. Bunları yedikdən sonra dişləri fırçalamağı unutmayın. 

    Həmçinin bax: Təravətli nəfəs 

Davamı →