Psixoloji yaşantılar

Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada, Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropadageniş yayılmış qobelenin-şpalerin Azərbaycanda yalnız XX əsrdə peyda olması daha çox yerli əhalinin ona o qədər də mənəvi-bədii ehtiyacı olmamağından irəli gəlmişdi. Başqa sözlə desək, dünyanı, o cümlədən də, adları çəkilən uzaq-yaxın məmləkətlərin bazarlarını fəth edən xalça-palazlar hazırlamağa qadir olan xalq daha çox məşhur rəssamların tablolarının toxuculuq nümunəsi variantını ərsəyə gətirməklə məşğul olan qobelen estetikasını özünə yaxın buraxmamışdı. İyirmi yüzilliyin ikinci yarısında ölkəmizdəki orta və ali təhsil ocaqlarında toxuculuğun bizlərə qeyri-ənənəvi görünən növlərinin tədrisindən sonra bədii məkanda qobelenlər görünməyə başladı. Ötən əsrin yetmişinci illərində Azərbaycan sərgilərində görünməyə başlayan qobelenə maraq göstərən və bu sahədə fərdi yaradıcılıq potensialını sınaqdan keçirən gənclərdən biri də Adil Şıxəliyev idi.

Davamı →

Cümhuriyyətə məhəbbətlə

Bu gün xəyalən hamımızın qürurla xatırladığı 1918-ci ilə qayıtmalı olsaq, onda öncə  o vaxt müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin gələcəkdə mövcudluğunun Bakının erməni-bolşevik qoşunları tərəfindən işğalı nəticəsində sual altına alındığını, belə ağır günlərdə Türkiyədən Azərbaycana qardaş köməyinin gəldiyini söyləməliyik.  Görkəmli sərkərdə Nuru Paşanın başçılığı altında xilaskar Qafqaz İslam Ordusu çox qısa müddətdə düşmənlərin məkrli niyyətlərini alt-üst etdi və yeni hökumət üzvlərinin  Gəncədən Bakıya köçməsi ilə onun fəaliyyəti bərpa olundu.

Davamı →

Sadəliyin düşündürücü görüntüləri

Üslub və ifadə zənginliyi ilə diqqət çəkən müasir təsviri sənətimizdə çoxlarına tükənmiş kimi görünən realist-gerçəkçi cərəyanın bədii şərh «boxçası”na özünəməxsusluq qatmaqla, onun estetik xəritəsini duyulası dərəcədə genişləndirən az-az rəssamlardan biri də Məhəmməd Orucovdur. Onun bir-birindən kifayət qədər fərqli janrlarda yaratdığı əsərlərdə qabarıq görünən, amma ruhən yaxın olan bədii şərhlərin mövcudluğu qarşılığında, həyata bu cür yanaşmanın mayasında realizmin ifadə genişliyinin qərar tutmasına şahidlik edə bilərik…

Davamı →

Təsviri sənətimizin əzmkar və yenilməz müdafiəçisi

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim rəssamların, heykəltəraşların, memarların yaradıcılığını yüksək qiymətləndirib.
Müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin dövlətçilik siyasətində cəmiyyət həyatının bütün sahələri nəzərə alınsa da, Ulu Öndər ölkədə təsviri incəsənətin inkişaf etdirilməsi işinə xüsusi diqqət yetirmiş, istər 1970–1982-ci illərdə, istərsə də 1993-cü ildən sonra təsviri incəsənətə qayğını dövlətçilikdə prioritet səviyyəyə qaldırmışdır.

Davamı →

Hicran düşdü aralığa Ziyadxan Əliyev

Yaşasaydı bu il 70 yaşı tamam olacaqdı, amma 8 il əvvəl bu «günahlı dünya”ya əlvida dedi. İşıqlı əməlləri ilə qazandığı axirəti nə qədər özünə rahatlıq gətirsə də, yoxluğu ilə onu tanıyan dostlarına, əsərlərinə rəğbət bəsləyən sənət xiridarlarına əbədi „hicran”ın acısını yaşatdı. Aralığa düşən bu “hicran”ın işığında onun sənət dünyası ilə tanışlığımız doğrudan da onun bənzərsiz yaradıcı təfəkkürə malik olduğunu və elə bu səbəbdən də xatırlanmalı olduğunu sərgilədi. Bununla belə etiraf edək ki, istedadlı fırça ustasının yaradıcılığına indiki müraciətimizin kökündə rəssamın ömür-gün yoldaşı Xalidə Hicranın onun barəsində hazırladığı „Sənətin sənətkarı” kitabının işıq üzü görməsi durur. Söhbət heç bir fəxri ad daşıyıcısı olmasa da, çoxşaxəli və özünəməxsus  yaradıcılığı ilə Azərbaycan incəsənətində özünəməxsus iz qoymuş Hicran Şəmil oğlu Seyidovdan (1950-2012) gedir...

Davamı →

Bədii ümumiləşdirmələrin fəlsəfi yükü

Çağdaş Azərbaycan təsviri sənətinin mənəvi yükünü şərəflə daşıyan fırça ustalarından biri Əməkdar rəssam, professor Fikrət Haşımovdur. Özünəməxsus dünyagörüşü və dəst-xətti ilə seçilən rəssamın sənətə gəlişi ötən əsrin yetmişinci illərinə təsadüf edib. Azərbaycan təsviri sənətinin duyulası yüksəlişdə olduğu həmin dövrdə hər bir sənətkar, xüsusilə də gənclər üçün yaradıcı “mən”ini təsdiqləmək və həmkarlarının arasında mövqeyini möhkəmlətmək çox müşkül məsələ idi. Buna baxmayaraq rəssamlığın bədii-texniki sirlərinə əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə, daha sonra isə Sankt-Peterburqdakı İ.Y.Repin adına Rəssamlıq Akademiyasında yiyələnən Fikrət Haşımov onu uzaq Şahbuzdan respublikanın paytaxtına gətirən arzularını gerçəkləşdirməkdə israrlı idi.

Davamı →

Rəng qatının aysberqliyi

Təsviri sənət tarixinin bir-birindən maraqlı səhifələrində bu sahədə yaradıcılıqla məşğul olanların rənglərə bir-birindən fərqli münasibətlərinə şahidlik etmək mümkündür. Belə imzalar dünya rəssamlığında olduğu kimi, milli bədii məkanımızda da kifayət qədərdir. Elə bu səbəbdən də təsviri sənətimizin rəngkarlıq məkanı duyulası dərəcədə cəlbedici və duyğulandırıcı görünməkdədir. Çoxları rənglərə münasibətini lokal şəkildə, açıq-aydın biçimdə sərgiləyir, bəziləri isə ürəyinin duyğularını rənglərin alt qatında hifz olunmuş bir görkəmdə ifadə edir, Belə əsərlərin çox vaxt zahiri görkəmi «aldadıcı” olur, lap aysberq kimi. Elə bu gün əsərləri barəsində söz açmaq istədiymiz Xanımbacı Məmmədova da belə yaradıcılardandır…
Davamı →

Hərb tariximiz rənglərin işığında

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin mövzu palitrasında hərb tariximizə  həsr olunmuş müxtəlif janrlı əsərlər xüsusi yer tutur. Bunu şərtləndirən başlıca səbəb bu hərb tariximizin kifayət qədər qədim olmasıdır. Elə Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin naməlum tişə ustası tərəfindən hazırlanmış tunc heykəlində (VII əsr) də hərb tariximizin əski işartıları görünməkdədir. Eldəgizlərin əsgərini əks etdirən plastika nümunəsi də bu qəbildəndir.
Davamı →

Əl ilə yaradılan möcüzələr ve naxışlar

Dekorativ-tətbiqi sənət növləri çox qədim zamanlardan mövcuddur. Onların arasında müxtəlif xalqlarda hörmə və toxuculuq xüsusilə geniş yayılmışdır.
İnsanlar hörməni dulusçuluqdan daha əvvəl öyrənmişlər. Qədim dövrdə insanlar uzun və yumşaq ağac budaqlarından yaşayış evləri, dam örtüyü, çəpər, qayıq, səbət, zənbil, müxtəlif ehtiyaclar üçün əşyalar hörmüşlər. Hörmə üsulu ilə ən müxtəlif materiallardan: qamışdan, iplərdən (kəndirdən), dəridən, məftildən, otlardan və çiçəklərdən müxtəlif əşyalar hazırlamaq olar.
Davamı →

Toğrul Nərimanbəyov

Milli rəngkarlıq sənətimizin ən tanınmış nümayəndələrindən biri, monumentalist və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş görkəmli rəssam Toğrul Nərimanbəyovun yaradıcılığı təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox kənarda da tanınır və sevilir. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı həm vətənimizdə, həm də bütün dünyada böyük şöhrət qazanmışdır.
Davamı →