Ruslan Mollayev " Sən bir səhra gözəlisən! "

Sən bir səhra gözəlisən!
Ayaqların bir qarış havada
yellənərək, boşluqlarda yeriyib yaşayırsan.
Kötüyündən çıxan tikan kollarının,
gözlərinin qarşısında sürüşməsi,
dodaqların kimi qurumuş torpağın
çatlamasına baxmaq,
ən sevimli məşğuliyətindir.

Düşündüyüm kimi yaşayırsan.
Azadlığın məndədir
səhra gözəli!

Səhranın tən ortasında,
ayağın ayağının üstündə,
oturub,
nə üçün elə diqqətlə baxırsan mənə?
Yoxsa fikrin dağlardadır?

Yox!
Mən bir səhra gözəliyəm!
Düzənliklər dağdır mənə,
kürələrin zirvəsiyəm...
Məndə gəzib azmağına,
həqiqəti axtarmağına
oturub tamaşa edirəm.

Sən bir səhra gözəlisən!
Kölgən saatı bildirir.
Düşünürdüm əsirimsən,
saatlardı əsirinəm.
Əlim qolum havadadır,
ayaqlar toz içindədir.
Başına fırlanmaqdan,
dəyirmana çevrilirəm.
Keçirdəcəm dəyirmandan
bütün səhra qumlarını,
Dağ düzəldib, yüksələcəm
Sənə göydən baxmaq üçün...
Sənə torpaq lazım deyil,
nə də üstünü örtən göy.
Sənə məndən divar lazım,
yorularkən dayanmağa,
Səhralara sular lazım,
öpüşümdən oyanmağa...


Davamı →

Təxəyyül və yaradıcılıq

Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Yaradıcılıq sözün hərfi məna­sın­da nə isə yeninin yaradılmasıdır.
Adətən yaradıcılıq dedikdə insan fəaliyyətinin o sahəsi nəzərdə tutulur ki, bu fəaliyyətin sahəsində nə isə yeni bir ideya, nəzəriyyə, qanun (elmi yaradıcılıq), yeni maşın, mexanizm (texniki yaradıcılıq), yeni bir bədii əsər (bədii yaradıcılıq) yaranır. Rus psixoloqu S.L.Rubinşteyn yaradıcılığa belə bir tərif vermişdir: «Yaradıcılıq insanın xüsusi növ fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və mənəvi dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət etibari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də azdır. Ona görə ki, hər cür idrak fəaliyyəti elə insanın fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır».


Ardı →

Təxəyyül və oyun

Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də bağçada aparılan tərbiyə nəticəsində uşaqların oyun prosesində onların təsəvvür ehtiyatı xeyli artır, yaddaş fəaliyyəti, təfəkkürləri inkişaf edir, uşaqlarda yeni tələbatlar əmələ gəlir. Bütün bunlar isə onların təxəyyüllərinin geniş və məzmunlu xarakter alması ilə nəticələnir.
İstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaş dövrü olsun, ümumiy­yətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf edir.
3-4 yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir. Uşaq edə  bilməyə­cəyi bir iş görmək istəyir, özünü kiməsə  oxşatmaq, bənzətmək istəyir. Oyun pro­se­­­sində uşaq özünü atın üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, mü­­əllimə, həkimə bənzədir.


Ardı →

Təxəyyül surətlərinin yaradılması prosesi

Təxəyyül  surətlərinin  yaradılması   prosesi mühüm fikri  proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil və tərkib(analiz və sintez) təkcə təfək­kür fəaliyyətinin əsasını deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsa­sını təşkil edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi, texniki, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın şəkildə özünü göstərir.
Yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr aparır, həyatda rastlaşdığı insanları, onların hərəkətlərini təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müşahidə etdiyi xüsusiyyətləri, əlamətləri birləşdirir.
Surətlərin yaradılmasında yazıçının həyata keçirdiyi bu tərkib, sintez­ləşdirmə fəaliyyəti müxtəlif tərzlərdə özünü göstərir.


Ardı →

Təxəyyülün növləri

Təxəyyül surətlərinin yaradılması  müxtəlif səviyyələrdə gedə bilir. Bu səviyyələr onunla müəyyən edilir ki, insan bu prosesə  nə qədər şüurlu münasibətdə olur. Bu baxımdan təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.
Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəzifələrini həyata keçirmək naminə, sanki, təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır.
Davamı →

Təxəyyül haqqında anlayış

İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri  qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyin­də yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır.
Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılma­sından ibarət olan psixi prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni  surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir.


Ardı →

Müvəffəqiyyət qanunu: Təxəyyül

Təxəyyül insan beyninin emalatxanasıdır ki, burada köhnə ideyalar və müəyyən olunmuş faktlar yeni kombinasiyalara çevrilir və yenidən istifadə olunur. Təxəyyül təbiət baxımından, eyni zamanda aydınlaşdırıcı və yaradıcıdır. Əgər öz təxəyyülünüzdən düzgün istifadə edirsinizsə, o, uğursuzluqlarınızı və səhvlərinizi ölçüyəgəlməz var — dövlətə çevirə bilər. O, sizi öz təxəyyülünü istifadə edə bilənlər üçün mümkün olan həqiqəti açmağa aparır.  
Ardı →

Təfəkkür və təxəyyül

1. Təfəkkürün psixoloji mahiyyəti.
2. Təfəkkürün formaları.
3. Təfəkkürün növləri və prosesləri.
4. Təfəkkür və məsələ həlli.
5. Ağlın keyfiyyətləri.
6. Təxəyyül haqqında anlayış.
7. Təxəyyülün növləri.
8. Təxəyyül və yaradıcılıq.
Davamı →