Təyyarəyə vaxtında çata bilməsəm, nə etməliyəm?

Səyahətə gedənlərin ən böyük qorxularından biri təyyarəyə vaxtında çata bilməməkdir. Çox insan bu tip situasiyalarda nə edəcəyini bilmir. Pulumu geri ala bilərəmmi? Və yaxud uçuşun tarixini dəyişdirmək mümkündürmü?

Uçuşa vaxtında çata bilməsəm, nə etməliyəm?
Tıxac, xəstəlik, yaddan çıxan pasport və digər hadisələr zamanı sərnişinlər təyyarəyə vaxtında çata bilmir. Əgər belə vəziyyətlə rastlaşsaz, ilk etməli olduğunuz bilet aldığınız şirkətin satış mərkəzlərinə getməkdir. Situasiya hava yolları şirkətinə və biletin sinfinə görə dəyişir. Bir qayda olaraq, sərnişin reysə bir neçə saat qalmış uçuşdan imtina edirsə, ondan müəyyən miqdarda cərimə kəsilir. Lakin reysə vaxtında çata bilməyəndə isə bir çox şirkət ödədiyiniz məbləği geri qaytarmır.
Davamı →

Qara Qutu-Black Box

Təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qara qutunun ilk prototipi David Varren tərəfindən yaradılmışdır. Bu ixtiranın əsas yaranış səbəbi isə Davidin atasını 1934-cü ildə baş vermiş Bass Strait təyyarə qəzasında itirməsi olmuşdur.

Qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.

Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.


Ardı →

Qış tətilində gəziləcək avropa şəhərləri

Çoxlarımızda tətil dedikdə ağıla yaz mövsümü gəlir kimi bir düşüncə hakimdir. Halbuki, bəzi şəhərlər qış aylarında daha gözəldir. Üstəlik bu dövrdə müzeylərda yaranan növbələr daha az, hotel və təyyarə qiymətləri daha ekonomik olur. Turist sayı az olduğundan administratorlar tərəfindən daha çox maraq və əlaqə görəcəksiniz. Qış aylarını bir az da olsun rəngləndirmək, qış tətilində uşaqlarla evə qapanmamaq üçün Lonely Planetin təklif etdiyi, qış mövsümünün ən gözəl yaşandığı şəhərlərə bir göz ataq:

Budapeşt, Macarıstan

Varosligeti Müjegpalya, şəhərin mərkəzindəki ən böyük park. Qış mövsümündə nəhəng bir buz konkisi sahəsinə çevrilir. Meşə havası ilə tənəffüz edərək edilən buz konkisindən sonra kiçik şəhər kafeləri və termal hamamlar isinmək üçün əla seçimdir.


Ardı →

Dünyanın ən güclü 10 ordusu

Global Firepower Index’in 2014-сü ilin ən güclü ordularının sihayısını elan etdi. Global Firepower Index təxminən 50 göstəriciyə görə orduların gücünü hesablayıb sıralayır. Bu göstəricilərə ehtiyatda olan hərbi qulluqçuların sayı, tank, döyüş təyyarəsi, nüvə başlığı, təyyarə daşıyan gəmi, sualtı gəmi sayı və müdafiə xərcləri daxildir. Ancaq bu kateqoriyalar hər ölkə üçün fərqli ağırlıqda hesablanır. Məsələn, dənizə çıxışı olmayan ölkələrin gəmi sayı ordu gücü hesablanan zaman az ağırlıqda götürülür.

10- Yaponiya

Hərbi qulluqçuların sayı: 53,608,446
Tank sayı: 767
Döyüş təyyarəsi sayı: 1,595
Nüvə başlığı sayı: 0
Təyyarə daşıyan gəmi sayı: 1
Sualtı gəmi sayı: 16
Müdafiə xərcləri (dollar): 49,100,000,000


Ardı →

Hava nəqliyyatından istifadə

Hava nəqliyyatından istifadə edərkən təyyarənin havasının tənəffüs yolu və ürək xəstəliklərini bir qədər çətinləşdirdiyini bildirən türkiyəli mütəxəssis Əmrə İlhan bu səfərləri rahat keçirə bilmək üçün bir sıra təkliflər irəli sürür.

Burun tutulmaları ürək xəstəliklərini daha da ağırlaşdıra bilər. Təyyarədəki oksigenin miqdarı havadakından az ola bilər. Bu vəziyyət sağlam insanlarda problemə səbəb olmasa da, burun tutulmasından əziyyət çəkənlərdə tənəffüsün çətinləşməsinə, ağ ciyər və ürək xəstəliyi olanların vəziyyətini isə daha da ağırlaşdıra bilər. Buna görə də həmin xəstələr yaxşı olar ki, müalicə aldıqdan sonra təyyarədən istifadə etsinlər.

Təyyarədə saqqız çeynəməklə qulağın sağlamlığını qorumaq olar. Təyyarədəki hava təzyiqinin təyyarə qalxarkən, yaxud enərkən dəyişməsi nəticəsində qulaqda eşitmə itkisi ola bilər. Qulağın sağlam eşidə bilməsi üçün qulaq pərdəsinin xarici qulaq yoluna baxan tərəfindəki, yəni xarici qulaq yolundakı təzyiqlə qulaq pərdəsinin arxasında qalan orta qulaq boşluğundakı təzyiq eyni olmalıdır.


Ardı →

Təyyarələrdə uçmaqdan qorxuram (dini və psixoloji cavab)

Sual: Son zamanlarda təyyarələrin qəzaya uğraması haqqında çox eşidirik. Təyyarəyə minmək qəsdən özünü ölüm təhlükəsi ilə üzbəüz qoymaq sayılmırımı? Həlak olan şəxs özünə qəsd etmiş hesab ediləcəkmi? Mən ümumiyyətlə təyyarəyə minməkdən qorxuram. Bu normal haldırmı? Öz qorxumla mübarizə etmək lazımdırmı və ya bunu ölüm təhlükəsindən qorunmaq üçün İlahi bir vergi kimi qəbul etməliyəm?
Cavab: 
Dini cəhətdən:
Özünə qəsd etmək bilərəkdən, qəsdən özünü həyatdan məhrum etmək sayılır və ya gec-tez ölümlə nəticələnəcək bir işi yerinə yetirmək də eyni qəbildəndir. Təyyarə nəqliyyatından istifadəni heç cür özünəqəsd adlandırmaq olmaz. Müasir təyyarələr indiki zamanda elə quraşdırılmışdır ki, onlarla hərəkət etmək, avtomobilə minmək riskindən azdır. 
Düzdür, əgər insan qabaqcadan bilsə ki, təyyarə qəzaya düşəcək, ya buna dair insanın böyük ehtimalı olsa (məsələn maksimal eksplutasiya müddəti keçib, hava gəmisi texniki baxışdan keçməyib və s.) bu zaman ona minmək qadağa hesab edilir. Əgər sizlərdə şüurlu hallarda qorxu hissi yaranırsa və çox az bir insan onu qorxu hesab etməzsə, əlbəttə bunu İlahi bir nemət hesab etmək lazımdır.
Ardı →

11 Sentyabr nəzəriyyələri

ABŞ-da 2011-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin ekiz binalarına edilmiş təyyarə hücumlarından 10 il keçsə də, bu faciəvi olay ətrafında mübahisələr səngimək bilmir.


Hücumun araşdırılması ilə bağlı açıqlanan yeni hesabatlar «qaranlıq» qalan məqamlara aydınlıq gətirən kimi, yeni konspirasiya nəzəriyyələri də peyda olur.


Hazırda rəsmi təhqiqatların nəticələrini sual atına konspirologiya tərəfdarlarının 5 əsas nəzəriyyəsinə rast gəlmək olar.


Ardı →

Leninqrada toy səyahəti

Bu əhvalat haqqında o vaxt sovet qəzetləri heç nə yazmamışdı. Amma hadisə barədə rəvayətlər dolaşırdı: «Gürcüstan SSR rəhbərlərinin övladları „Tu-134“ təyyarəsini Türkiyəyə qaçırmaq istəyiblər...»
Bəs həqiqətdə 1983-cü ildə Tbilisi aeroportunda nə baş vermişdi?

Bəylə gəlin deputat zalından keçir
...1983-cü il noyabrın 18-də Tbilisi aeroportunda Tbilisi-Batumi-Kiyev-Leninqrad reysi ilə uçan 6833 nömrəli reysə minik təzəcə başlanmışdı. Qırmızı lent və şarlarla bəzədilmiş toy maşınları da aeroporta elə həmin ərəfədə çatdı. Əslində təyyarə ilə gəlin aparan yox idi. Sadəcə, iki gün əvvəl ailə quran German Kobaxidze və Tinatin Petviaşvili Neva sahillərinə toy səyahətinə çıxır, dostları isə onları müşayiət edirdi. Amma təzə evlənənlər özləri ilə götürdükləri çantaya nədənsə şampan şüşəsi yox, bir neçə tapança, qumbara və soyuq silah qoymuşdular.
Davamı →