Smart Biləklik

Bildiyimiz kimi hal-hazırda informasiya cəmiyyətində yaşayırıq və informasiya texnologiyaları, proqramlar, smart cihazlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bir çoxlarımız isə ailə üzvüləri və dostlarımızdan daha çox məhz bu texnologiyalarla zaman keçiririk. İnsanların bu cür smart cihazlara, informasiya texnologiyalarına və həmin  cihazlarda tətbiq edilən proqramlara olan tələbatının ödənilməsi üçün dünyanın tanınmış firmaları qızğın rəqabət içindədirlər.

Bu cür smart cihazların son zamanlar yaranan və istifadəçilər arasında tez bir zamanda məşhurlaşan yeni bir növü də smart biləkliklərdir. Bu sahədə Apple, Sony, Samsung kimi tanınmış elektron cihaz istehsalçıları arasında rəqabət daha da artmaqdadır. Hər bir firma yeni inovasiyanı tətbiq edib bazarı tez bir zamanda tutmaq arzusandadır.

   “Apple”nin yeni nəsil smart saatı Fitbit geyilə bilən cihazlar bazarında mübarizəyə qatılmaq ərəfəsində olan zaman gözlənilmədən yeni bir rəqiblə qarşılaşıb. Belə ki, “Cicret” adı verilən inanılmaz bir biləklik layihəsi bazara fantastika filmlərində atılmış kimi gəlir. Bu biləklik sayəsində dəriniz asanlıqla saniyələr ərzində ekrana çevrilir. Cicret biləkliyin köməyi ilə emailərinizi qolunuza projeksiyonla əks etdirərək nəzarət edə bilər, ya da film və video faylları izləyə bilərsiniz. Cihazın istehsalçıları davamlı olaraq yeniliklər edərək cihazı inkişaf etdirir. Bu sayədə Cicret biləkliklər bir tabletin, ya da smart telefonun malik olduğu hər bir texniki funksiyaları icra edə biləcək. Biləklikdə olan kiçik proyektorun köməyi ilə dəriniz üzərində görüntü yaradılarkən, səkkiz uzun mənzilli yaxınlıq sensoru sayəsində hər toxunuş, klik və scrollinq cihaz tərəfindən qəbul ediləcək. Ayrıca biləklik bir USB port və impuls ölçən ilə təmin edəcək. Təbii ki Wi-Fi və Bluetooth dəstəyi də olacaq. Ayrıca bu cihazın iPhone ilə sinxronizasiya edilə biləcəyi deyilsə də, tək başına işləyə biləcək müstəqil bir cihaz olaraq hazırlanır. Tanıtım videosunda görüldüyü kimi qolunuzun bir hərəkətiylə asanlıqla açıla bilir.


Ardı →

SİM kartların sonu gəldi

simkart
«Apple SİM»
-in yaxın zamanlarda SİM kart istifadəsinin sonunu gətirəcəyi düşünülür.

Apple keçən həftə təqdim etdiyi tablet modellərində daha əvvəl başqa cihazlarda istifadə etmədiyi bir texnologiyanı tətbiq etməyə başlayıb. «Apple SİM» adı verilən bu yeni proqram vasitəsi ilə istifadəçilər artıq GSM operatorlarından SİM kart almaq məcburiyyətində qalmayacaqlar. Yeni İPad modellərində tətbiq edilən Apple SİM istifadəçilərə istədikləri vaxt, arzuladıqları GSM opreatoruna SİM kart dəyişmədən keçmək imkanı verir.

Apple-ın bu yeni proqramının istifadəyə verilməsi nəticəsində qısa bir zaman ərzində bu günə kimi istifadə etdiyimiz SİM kart dövrünün sona çatacağı iddia edilir.

«Apple SİM» ilə müqavilə bağlayan GSM operatorlarının sayı hal-hazırda olduqca azdır. Çox güman ki, bu proqram yeniliklərə daim açıq olan ölkəmizdə də tezliklə olunacaq. Lakin ABŞ-da sadəcə «T-Mobile», «AT&T» və «Sprint» şirkətləri ilə razılığa gələ bilən «Apple SİM»-in Azərbaycanda nə zaman və hansı GSM operatoru ilə müqavilə bağlayacağını isə gələcək zaman göstərəcək.

 


Ardı →