Gizli öpüş

 “Gizli öpüş” və ya “Oğurlanmış öpüş” adlanan bu məşhur əsər bir çox incəsənət adamlarına tanışdır. Məlumat üçün qeyd edim ki, tablonun müəllifi — fransız rəssamı Jan Onore Fraqonar 1732-ci il, aprelin 5-də Provansın cənubunda, Qrassda anadan olmuş və 1806-cı ilin avqust ayının 22-də Parisdə vəfat etmişdir.

Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J.O.Fraqonar ilk rəssamlıq dərsini Fransua Buşe və Jan Batist Simeon Şarden kimi görkəmli rəssamlardan almışdır. Onun şedevr əsəri “Yelləncək” (1767) adlı tablosu hesab olunsa da, “Gizli öpüş” əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda — otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib.
Davamı →

Avropada saxlanılan Azərbaycanlı sənətkarlar tərəfindən yaradılmış sənət nümunələri

Azərbaycanlı sənətkarlar tərəfindən müxtəlif dövrlərdə yaradılan bir çox nadir sənət nümunələri hal-hazırda dünyanın bir çox ölkələrində muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, Vaşinqtonun “Metropoliten”, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Tarix dərsliklərində bunların ən məşhurları haqda yazılıb. Məsələn, Londonun “Viktoriya və Albert” muzeyində saxlanılan 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş Şeyx Səfi xalçası, Parisin “Luvr” muzeyində saxlanılan bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab, Nyu Yorkun “Metropoliten” muzeyində saxlanılan Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII əsrə aid edilən zərgərlik nümunələrini xüsusi olaraq qeyd etmək olar. Bu yazıda isə Azərbaycan sənətkarları tərəfindən müxtəlif dövrlərdə yaradılmış və hal-hazırda Almaniyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarında saxlanılan nadir sənət əsərlərindən bəhs edəcəyik.

 Bu sənət əsərlərindən ən dəyərliləri Almaniyanın Berlin, Bonn, Drezden, Münhen və Braunşveyq şəhərlərindəki muzeylərdədir. Almaniya muzeylərində Azərbaycanın qədim dövr və orta əsrlərə aid əsərləri, xüsusilə çoxdur. Bu da səbəbsiz deyil. Məlumdur ki, hələ XIX yüzilliyin axırlarında bir qrup alman mütəxəssisi Gədəbəy, Daşkəsən, Qarabağ və Göygöl bölgələrində arxeoloji qazıntılar aparıblar. Əldə etdikləri sənət əsərlərinin bir hissəsini isə Almaniyaya göndəriblər.


Ardı →

Dünyaca məşhur rəsm əsərləri - Birinci Hissə

Gecə gözətçisi — Rembrandt Harmens van Reyn.

 Rembrandtın 1642-ci ildə çəkdiyi «Kapitan Frans Banniq Kokun və leytenant Reytenbyurqun atıcı rotasının hücumu» adlı rəsm əsəri. 1642-ci ildə Rembrand Atıcılar Cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellər bilavasitə hərəkətli təsvir olunduğu üçün sifarişçilər tərəfindən bəyənilmir. Personajların çoxluğunun, kütləviliyinin Niderland inqilabı təsuratı yaratması sifarişçiləri qorxuya salır.



Ardı →