Sonsuzluqla bağlı problemi olanlara

 Həm tibbi həm də sosial problem olaraq «sonsuzluq» müasir təbabətin ən aktual tətqiqat obyektidir. Bu, bildiyimiz kimi müxtəlif səbəblərdən yarana bilər. Əgər problem qadınla əlaqəlidirsə  ilk öncə  iltihabi problemlər aradan qaldırılmalıdır. Bunun üçün qadınlara çilədağ bitkisi tamponundan istifadə edilməsini məsləhət görərdim.
Davamı →

"Xüsusi" günlər haqqında miflər

Ağıllı və oxumuş, məqsədyönlü və şən, dəli-dolu və cəsarətli müasir qızlar  bir neçə il əvvəlki həmyaşıdlarının yuxusuna belə girmədiyi çətin işlərin öhdəsindən asanlıqla gəlirlər. Buna baxmayaraq onlara birbaşa aid olan bəzi şeylər haqqında məlumatları azdır. Məsələn, onlar hətta yaxın rəfiqələri ilə də “xüsusi günlər” haqqında danışmaqdan utanaraq menustrasiya haqda miflərə inanırlar. Bəs mütəxəssislər bu miflər haqda nə deyir?
Mif 1. Tamponların gündəlik istifadəsi sağlamlığınız üçün təhlükəsiz deyil
Davamı →

Aybaşı zamanı problemlər

Aybaşılarla bağlı qadınlar müxtəlif problemlərlə — ağrı, güclü qanaxma, aybaşının gecikməsi və s. ilə üzləşə bilərlər.
  • Amenoreya – aybaşının olmaması. Qızlarda 16 yaşına qədər aybaşının olmaması, qadınlarda 6 ay ərzində aybaşının kəsilməsi amenoreya adlanır. Amenoreya 16 yaşa qədər, klimaks və döşlə əmizdirmə dövründə fizioloji sayılır. Əgər amenoreya bədən çəkisinin kəskin azalması, ciddi xəstəlik, qidalanmanın pozulması, həddən artıq məşqlər və stress fonunda baş verərsə, bu patologiya sayılır.

Davamı →