Tarixi İznik

  • Turizm
İznikİznik! Türk tarixində böyük rolu olan bu şəhəri insan qürur və böyük heyranlıqla dolaşır. Səlcuq dövlətinin paytaxtı olmuş İznik Anadoluda ilk Türk paytaxtı kimi öz əzəmətini bu gün də qoruyub saxlayır. «Üləma Yuvası» (Alimlər Diyarı) adlandırılan İznikə Türkiyənin məşhur həkim və alimlərindən biri, professor doktor İbrahim Yıldırım və onun həyat yoldaşı Fiqən xanımın dəvəti ilə getmişdim. Bu gözəl şəhəri, ailələri uzun illər öncə Türkiyəyə köç edən iki nüfuzlu Azərbaycan türkünün ailə üzvləri ilə birlikdə gəzməyim mənə xüsusi ləzzət verdi. Türklərin tarixini dərindən bilən İbrahim bəy və Fiqən xanım, İzniklə bağlı bəlkə ən yaxşı bələdçidən də yaxşı məlumatlıdırlar və bu, mənə gözəl İzniki daha geniş tanımaq imkanı verdi.
Doktor İbrahim Yıldırım əslən Qazax rayonundadır. Həkim babası adı aləmə ün salmış Qaçaq Kərəmin yaralandığı zaman onu gizlətdiyi və müalicə etdiyi üçün çar Rusiyasının qəzəbinə tuş gəlmiş və sürgünə göndərilmişdi. Sürgündən döndükdən sonra isə ailəsini gözləyən təhlükə və təzyiqlərdən qurtulmaq üçün Türkiyəyə, Amasiya bölgəsinə köçüblər.
Ardı →