Nağıllar şəhəri "Praqa"

  • Turizm

Praqa - Tarixi, təbiəti və romantizmi birləşdirməsi ilə məşhurluq qazanan bir şəhər. Bu şəhər özünün Stare Mesto, Nove Mesto, Karl körpüsü kimi tarixi məkanları, bexerovka içkisi, əsrarəngiz iqlimi ilə məşhurdur.

 Köhnə şəhər (Stare Mesto) - Çex dilində mesto şəhər deməkdir. Köhnə Şəhər Praqanın düz mərkəzində yerləşən qədim və heyrətamiz arxitektura ilə zəngin olan iri meydandan ibarətdir. Köhnə şəhərdəki unikal abidələr və binalar Çexiya tarixinin şahidləridir. Qədim sənədlər Köhnə şəhərdə hələ orta əsrlərdən məskunlaşmanın olduğu bildirir. Köhnə şəhər Praqaqrad ilə Vışeqrad qəsrləri arasında yaranıb. Əvvəlcə bir neçə taxta ev və kilsə inşa edilib. Burada nəinki çexlər, almanlar, avstriyalılar, hətta yəhudilər də yaşayıb.Yeri gəlmişkən Köhnə şəhərin mərkəzində qədim yəhudi qəbiristanlığı və sinaqoq var. Əhalinin alman hissəsi Porjiç qəsəbəsində yaşayır. Sonradan bütün qəsəbələr birləşdirilib və həmin məkana Praqaqrad adı verildi. Şəhərin təzə hissəsi tikiləndə Praqaqrada-Köhnə şəhərə çex dili ilə desək Stare Mesto adı verilir. Stare Mesto meydanına ilk dəfə daxil olan adam özünü nağıladakı kimi hiss edir.Meydanın əzəməti ətrafdakı binaların və kilsələrin gözəlliyi, möhtəşəmliyi insanı valeh edir. 


Ardı →

Hər kəsin öz mahnısı olsun

Bəzi Afrika qəbilələrində bir qadın uşaq dünyaya gətirəcəyini öyrənəndə bir neçə yaxın adamı ilə birlikdə səssiz bir yerə gedirlər və o uşağın mahnısını «eşidənə» qədər orada dua edirlər. Qadın mahnını «eşidəndən» sonra isə hamısı bir yerdə(həm də yuksək səslə) o mahnını  oxuyurlar. Bundan sonra isə onlar qəbiləyə qayıdırlar və o mahnını qəbilədə hamıya öyrədirlər. Ancaq bu mahnının ilk «kütləvi» ifası uşaq doğulandan sonra baş verir. Uşaq doğulan kimi bütün qəbilə bir yerə toplaşır və uşağın mahnısını ona oxuyur.


Ardı →

Əttarlıq

Qədim dövrlərdən bu günə gəlib çatmış nadir və zərif sənət növlərindən biri də əttarlıqdır. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb.

Əttarlara müasir anlamda farmakoloq — əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar,sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar. 
   
   Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər. Bunlardan səfra (öd), bəlğəm (selik), sövda (qara öd) və qandır. Əttarlar insan sağlamlığının, insan səhhətinin, hətta saçların tökülməsini belə bu dörd ünsürün münasibətindən yaranan tarazlığın pozulmasında görmüşlər. Bu mənada əttarlar həm də loğmanlara daha yaxın olmuş, qədim təbabətin sirlərinə bələdlikləri ilə fərqlənmişlər.
 
   Azərbaycanda əttarlıq sənəti lap qədim zamanlardan inkişaf edərək bu günümüzə kimi gəlib çatmışdır. Bir çox tarixi mənbələrdə əttarlıq sənətinin Gəncədə, Şamaxıda, Naxçıvanda, Qarabağda və digər bölgələrdə inkişaf etməsi barədə maraqlı faktlara rast gəlinir.
Ardı →

Lalə dövrü

Lalə Dövrü — 1718-ci ildə imzalanan Pasarofça Müqaviləsi ilə başlayan və 1730-ci ildə çıxan Xəlil üsyanı nəticəsində Padşah III Əhməd'in taxtdan endirilməsiylə sona çatan dövrə verilən addır.

Türkiyə Tarixində 1718-1730 illəri arasındakı dövrə Dövlət adamları daxil, istanbulluların baxçalarında lalə yetişdirib zövq almalarından dolayı ve tarixçilər tərəfindən bu illərə " Lalə dövrü " deyilmişdir. Elə məhz bu dovrdə lalə çiçəyi dünyaya yayılır ve çiçəyin soğani 500 qızıla satılırdı. Bu dönəmin padşahı III Əhməd (III Ahmet) və Ibrahim Paşadır. Sultan III Əhməd, Topkapı Sarayı ilə Yeni Câmi'də kitabxana, Ayasofya'da Sultan Üçüncü Əhməd Çeşməsi ve İstanbulun su ehtiyacını qarşılamaq məqsədiylə də Dəryayi Sim adlı bir su bəndi inşa etdirmiştir. İllərlə sürən hərblər və üsyanlardan bezmiş olan əhali, andlaşmalardan sonra qorxu və təhlükələrdən uzaq bir həyat sürməyə başladı.


Ardı →

Xaşxaşinlər

Xaşhaşinlər vəya Assasin — Hasan Sabbahın 1090-cı ildə Alamut qalasını alması ilə qurulmuşdur.

Assasin — ingilis mənşəli söz olub bir çox dillərdə də buna bənzər işlənir. Assasin dövlət tərəfindən sifariş edilmiş qətlləri həyata keçirir. Onlar, əsasən, uşaq yaşlarından ailələrindən alınır və hazırlanmağa başlanılır. Onlar digər qatillərdən fərqli olaraq qeyri-adi dərəcədə peşəkar olurlar. Onların özünə məxsus nişanəsi olur. Bu da kredos adlanır.

Hasan Sabbahın

Hasan Sabbahın məqsədi Səlcuqlu dövlətindən intiqam almaq idi. Bunun üçün Nizamülmülk və Sultan Məlikşahı öldürmək istəyirdi(Dövlət sarayından qovulma mövzusundan ötrü). Hasan Sabbah, Alamut qalasını aldıqdan sonra qalada bəzi dəyişikliklər etdi; qalanın asma bağlarını yenilədi, divarlarını gücləndirdi. Hasan gənckən bir şeyxin ona xaş-xaş içirməsi ilə bu bitkinin təsirini anlamış, onunla bir çox insanı aldada biləcəyini sanmışdı. Alamut qalasını aldıqdan sonra Hindistandan xaş-xaş meyvəsini gətirtdi. Dünyanın dörd bir tərəfindən kölə bazarlarından gözəl qadınlar gətirdib başlarına xanım ağaları qoyaraq yetişdirdi. Hasan Sabbah çox keçmədən Alamuta yaxın kiçik qalaları, həmçinin Xəzər dənizinə yaxın böyük bir qalanı da aldı. Hasan Sabbahın bu müvəffəqiyyətlərini eşidən digər İsmaili təriqətinə mənsub kişilər Alamuta axın etməyə başladı.
 


Ardı →

Lerik

Talış dağlarının zirvəsində Azərbaycanın ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (2492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır. Azərbaycanın füsünkar təbiəti, mavi Xəzəri, əzəmətli dağları, saysız- hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən meşələri ulu keçmişdən qalan yadigarlardır.Bir sözlə bu diyar əsirlərin yaddaş kitabıdır.


Ardı →