Tatuaj insan sağlamlığı üçün təhlükəlidir

Həkim Fatma Məmmədli: “Tatuaj ciddi yoluxucu xəstəliklərin sürətlə yayılmasına gətirib çıxarır”.
Dini Qurumlarla İş üzrə İdarənin əməkdaşı Bəhruz Gülmalıyev: “Bütün səmavi dinlər döymə etdirməyi haram buyurur”.
Ziyalı gənc Vurğun Əsgərli: “Fərqlilik, digərlərindən öndə olmaq elm, ağıl, məntiq, mədəniyyət ilə mümkündür”.

Son zamanlar gənclər arasında bədənə döymə, yəni tatuaj etdirmək “populyarlıq” qazanıb. Qeyd etmək lazımdır ki, tatuaj nəinki gənclər, hətta ortayaşlı nəslin nümayəndələri arasında da dəb halına çevrilib. Təəssüf ki, keçmişdə nənələrimizin xınalı əlləri bu gün öz yerini tatuajlı əllərə verir. Hərdən düşünürəm ki, bizə kəlağayı kimi incə miras qoyub getmiş nənələrimiz məsləhətli olsa idi, tatuajı da miras qoyar, ona sahib çıxmağımızı vəsiyyət edərdi. Başına hələ də kəlağayı örtən nənələri, gəlinləri olan bir ölkədə tatuaj daşıyıcılarının olması heç də arzuolunan deyil. Bəs gəlin görək nədir bu bizim milliliyimizlə heç də yovuşmayan tatuaj?
Davamı →

Tatuaj insan sağlamlığı üçün təhlükəlidir

Son zamanlar gənclər arasında bədənə döymə, yəni tatuaj etdirmək “populyarlıq” qazanıb. Qeyd etmək lazımdır ki, tatuaj nəinki gənclər, hətta ortayaşlı nəslin nümayəndələri arasında da dəb halına çevrilib. Təəssüf ki, keçmişdə nənələrimizin xınalı əlləri bu gün öz yerini tatuajlı əllərə verir. Hərdən düşünürəm ki, bizə kəlağayı kimi incə miras qoyub getmiş nənələrimiz məsləhətli olsa idi, tatuajı da miras qoyar, ona sahib çıxmağımızı vəsiyyət edərdi. Başına hələ də kəlağayı örtən nənələri, gəlinləri olan bir ölkədə tatuaj daşıyıcılarının olması heç də arzuolunan deyil.

Bəs gəlin görək nədir bu bizim milliliyimizlə heç də yovuşmayan tatuaj? Tatuaj müxtəlif simvollar və ya şəkillərin bədəndə əks etdirilməsidir. Bəzilərinə tatuajın psixoloji və dini baxımdan izahı məlum olmasa da, insanların çoxu tibbi baxımdan onun fəsadlarından xəbərdardır. Bəli, tibbi biliyinin olub-olmamasından asılı olmayaraq, çoxları bilir ki, tatuaj zamanı bəzi təhlükəli xəstəliklərlə üzləşmək mümkündür. Belə hallarda yarana biləcək xəstəliklər barədə daha dolğun cavab almaq üçün Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Dəri-zöhrəvi şöbəsinin həkimi Fatma Məmmədliyə müraciət etdik:
Davamı →

Döymə (tattoo)

Hindlilər, Yaponlar, Amerikanlar və Afrikadakı bəzi qəbilələr döyməni bəzək olaraq etsələr də, bir çox yerlərdə döymə xəstəliklərə və pis ruhlar qarşı qoruyucu bir tilsim olara tətbi edilir.

Döymə bəzəfərdi cəmiyyətdəki mövqeyini də ifadə edir. Tatu etmə ənənəsi xeyli köhnədir. Eradan əvvəl 2000-ci illərdə Qədim Misirdə, Qalliyalılarda,Britonlarda, Traklarda döymənin mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda vəRomada döymə barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcbur edilirdi. O zamanlarda xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürmüşdülər.
Davamı →

Permanent makiyaj (tatuaj)

tatuajBu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir. Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur.

Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii  görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.

Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar.


Ardı →