Yarmadan, paxlalı bitkilərdən və makaron məmulatlarından yeməklərin hazırlanma texnologiyası

Yarmalar və paxlalılar qidalanmada vacib əhəmiyyətə malikdir. Onlar yaxşı həzm olunur, qidalı və yüksək kalorilidirlər. Onların tərkibi nişasta, zülal (xüsusən paxlalılarda), B qrupu vitaminləri ilə zəngindir.
Yarmaları taxıl bitkilərini emal etməklə əldə edirlər. Ən geniş yayılmış yarmalar bunlardır: buğdadan — manna; düyüdən — cilalanmış, pardaxlanmış, xırdalanmış düyü, yulafdan — herkules, yulaf unu; arpadan — arpa yarması; qarabaşaqdan — iridənəli qarabaşaq. Yarmalar dənlərin rənginə, formasına, bütövlüyünə və ölçüsünə görə fərqlənirlər.
Davamı →

Buğda

Yüz min illər boyu təbiətin qoynunda yaşayan insan onun yaşıl sərvətlərini müşahidə etmiş və zəngin təcrübə əldə etmişdir. İnsan bitkilər aləmində seçmə aparmış və nəticədə ən faydalı bitkilər əsasında sabit ərzaq xəzinəsi yarada bilmişdir.
Müasir dövrdə Yer kürəsinin altı milyarddan çox olan əhalisini cəmi bir neçə dənli bitkidən alınmış məhsullar dolandırır. Statistikaya görə keçən əsrin 80-ci illərinin əvvəllərində planetimizdə 1 milyard 150 milyon ton dənli bitki yığılmışdır. Bunun 450 milyon tonu buğda, 375 milyon tonu düyüdür. Adamhesabı götürsək, hər nəfərə orta hesabla 256 kiloqram dən, o cümlədən 100 kiloqram buğda və 85 kiloqram düyü düşür. Göründüyü kimi, buğda insana ən çox fayda verən dənli bitkilərin birincisidir.


Ardı →

Arpa

Arpa böyük təsərrüfat əhəmiyyətli dənli bitkidir. Onun tərkibində 12 faiz zülal, 60 faizdən çox karbohidrat və 2 faizə yaxın yağ vardır. 30-a yaxın növü mövcuddur. Arpa da buğda və düyü kimi qədim tarixə malikdir. Qazıntı zamanı keçən əsrin 80-cı illərinin ortalarında Misirdə (Asuandan bir qədər şimalda) arpa dənələri tapılmışdır. Alimlərin fikrincə bu dənələr mədəniləşdirilmiş arpaya aiddir və onun 17 000 illik tarixi vardır. Suriyada tapılmış mədəni arpaya isə azı 9 000 illik yaş verilmişdir.
Qədim misirlilər arpanı allahlar tərəfindən göndərilmiş bir nemət sayırdılar. Onlar arpadan pivə istehsal edirdilər. Pivə süfrələrində, əsas yer tuturdu. Mesopotamiyada arpa əsas dənli bitkilərdən hesab olunurdu. Burada qullara hər gün 0,7-0,8 litr arpa suyu verirdilər. Strabonun məlumatına görə, Babilistan arpanın ən bol yeri imiş.


Ardı →