Ən son nə vaxt teatra getmisiniz?

Teatr— incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.

Teatrın "ölümü"

Artıq uzun illərdir ki, haradasa bu «uzun illər» deyimi yarım əsrdən çox bir zaman məsafəsini eyhamlaşdırır, cəmiyyətdə, periodik olaraq teatr sənətinin «ölümündən», yəni ictimai lazımsızlığından, gərəksizliyindən danışılır. Hələ XX əsrin 30-cu illərində rus kinematoqrafçıları, teatr sənətinin spesifikasına, bədii gücünə peşəkarcasına bələd olmalarına baxmayaraq, teatrın tezliklə sosial bir institut kimi iflasa uğrayacağını bəyan edirdilər, onun ölüm faktını hətta rəsmi şəkildə sənədləşdirməyə çalışırdılar. 50-ci illərdə də bu tendensiya müşahidə olunurdu. Lakin bu haqda sərt bəyanatlar vermək əvəzinə kinematoqrafçılar ikimənalı danışmağı üstün sayırdılar; istəmirdilər ki, Sovet İttifaqı Kommunist Partiyasının cəmiyyətdə yaşam və davranış tərzi üçün müəyyənləşdirdiyi kanonları sındırıb dağıtsınlar və heç nəyin üstündə ictimai qınaq obyektinə çevrilsinlər. Hətta onlar öz məqalələrində xüsusi bir təkidlə teatrın canlı sənət olduğunu vurğulaya-vurğulaya, kinematoqrafiya ilə televiziyanın prioritet mövqelərində dayandığını xatırladırdılar. Maraqlı olardı ki, elə bu arada məşhur sovet kinorejissoru Mixail Rommun məqaləsindən bir sitat gətirək və onu təhlil etməyə, onun gizli fikrini aşkarlamağa çalışaq.
Ardı →