Аzərbаycаn mədəniyyəti tаriхində misilsiz хidmətləri оlаn, həyаt və yаrаdıcılığı ilə öz хаlqının mədəni və еlmi fikir intibаhı tаriхində silinməz izlər qоyаn görkəmli mütəfəkkir və ictimаi хаdimlərdən biri də Həsən bəy Zərdаbidir.
Görkəmli jurnаlist, аlim, pеdаqоq, mааrifçi-dеmоkrаt Həsən bəy Zərdаbinin аdı хаlqımızın mааriflənməsi, mənəvi dirçəlişi və fikir təkаmülü ilə sıх bаğlıdır.
Həsən bəy Səlim bəy oğlu Zərdаbi 1842-ci il iyun аyının 28-də (bəzi mənbələrdə 1837-ci il) kеçmiş Bаkı qubеrniyаsınа dахil оlаn Göyçаy qəzаsının Zərdаb kəndində bəy аiləsində аnаdаn оlmuşdur.
Davamı →
Yazının başlığı bir çoxlarına təəccüblü, hətta yersiz görünə bilər.
Axı fakt budur ki, artıq çoxdandır Azərbaycan teatrının tarixi 1873-cü ildən hesablanır. Elə isə yeni mübahisə mövzusu açmağa, necə deyərlər, “qaşınmayan yerdən qan çıxarmağa” gərək varmı?
Məncə, var.
Davamı →
Xalq rəssamı Bədurə Əfqanlı (1912–2002) Azərbaycan təsviri sənətində, xüsusilə teatr rəssamlığında zəngin irs qoymuş sənətkardır. Onun adı eyni zamanda ilk azərbaycanlı qadın teatr rəssamı kimi incəsənət tariximizdə yaşayır.
Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 1912-ci ilin 25 oktyabrında Bakı şəhərində anadan olub. Atası Məlik Ağamalov dövrün geniş dünyagörüşlü və tanınmış ziyalılarından biri olub. Övladlarına kiçik yaşlarından ədəbiyyata və incəsənətə məhəbbət aşılayıb.
Davamı →
XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin strukturuna daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirləşirik. Alimlər sübut edirlər ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə binanın texniki imkanları mühüm yer tutur. Teatr binasının arxitekturası müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.
Davamı →
Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir, yaratdığı hər obraz, hətta epizodik olsa belə, tamaşaçının yaddaşına əbədi həkk olunur. Belə sənətkarların əsas meyarı istedaddır. İstedad işığına gedən yolda isə heç kəs azmaz. Xalq artisti Məhəmməd Burcəliyev də bu cür sənət həyatı yaşayıb.
Məhəmməd İsmayıl oğlu Burcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Burada beşillik orta təhsilini başa vurduqdan sonra 1930-cu ildə Bakıya gələrək Karl Libknext adına Fabrik-zavod məktəbinə daxil olub.
Davamı →
Pantomima sözsüz aktyor oyunu olub, səhnə sənətinin bir növüdür. Mim heç bir söz demir. Bunun əvəzində o, hekayəni öz hərəkətləri ilə “danışır”. Aktyor hisslərini ifadə etmək üçün üzündən, əllərindən və bədənindən istifadə edir. Mimlər rəqqaslara bənzəyirlər. Tamaşaçılar onları başa düşsün deyə onlar hərəkətlərini dəqiq nəzarət altında saxlayırlar.
Qədim Yunanıstanda və Roma imperiyasında mimlər kiçik bir nitq söyləyirdilər, amma hekayənin çox hissəsi mimika və jestlər vasitəsilə nəql olunurdu. Aktyorlar maska taxırdılar. Zaman keçdikcə sözlər aradan qalxdı və pantomimanın ifadə vasitələri kimi, ancaq mimikadan, jestlərdən və bədən hərəkətlərindən istifadə olunmağa başlandı. Pantomimadan rəqsdə və xüsusilə baletdə geniş istifadə olunur.
Davamı →
Rus filosofu və yazıçısı Aleksandr İvanoviç Gertsen deyirdi:
“Teatr — həyatı vacib sualların cavab tapıldığı yüksək instansiya və məkandır”.
Bəli, biz teatra getməklə öz həyatımıza aid bir çox suala cavab tapa bilərik.
Teatr mənim üçün nəinki tamaşa yeri, o, həm də bir ritual, yəni, müqəddəs ayin və mərasim sayılır. Qətiyyən şişirtmirəm. Teatr mənim üçün bayramdır. O, ən sevimli əyləncə vasitələrimdən biridir. Özünü kiçik hadisələrlə xoşbəxt etməyi bacaran biri kimi deyə bilərəm ki, yeni kitab əldə edəndə, harasa səyahət etdikdə və teatra gedəndə çox xoşbəxt oluram. Qanımda sevinc hormonları yaranır, həyatı daha da sevirəm. Teatra getməyə hazırlaşarkən sanki çox füsunkar və cazibədar qadınla romantik görüşə gedirmiş kimi çalışıram.
Davamı →
Teatr— incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.
Pantomima necə yarandı?
XIX əsrin sonunda mədəniyyətin bütün sahələrində inqilabi dəyişikliklər baş verdi. İyirmi beş əsrlik teatr tarixi yeni bir keyfiyyət kəsb etdi – rejissor teatrı.
XX əsrsə bir neçə böyük rejissor isimləri ilə başladı ki, bunların hər biri ayrıca bir teatr sistemi idi. Teatr məkanında Fransa teatrı öz islahat və meylləri ilə prosesə xüsusi təsir göstərdi. Andre Antuanın “Azad teatr”ı 1880-ci illərin teatr həyatına həvəskar dərnəklərdən mübariz şüarlarla atıldı. Onlar Komedii Fransezin ənənəvi şərtlərindən imtina edərək “Azad teatr” yaratdılar. Bu teatr elan etdi ki, onlar gənc dramaturqların, həmçinin Parisin başqa teatrlarının rədd etdiyi məşhur dramaturqların pyeslərini oynamağa hazırdır. Elə ikinci tamaşada Antuanın teatrında Parisin ədəbiyyat və teatr dünyasının adamlarını görmək olardı. Yarandığı gündən teatra kübar təbəqədən başqa adi tamaşaçılar, hətta kəndlilər tamaşa etməyə gəlirdi. Azad teatrın əməkdaşları teatr sənətini müşahidələr və təcrübələr əsasında qurmağa meyllənirdilər, onlar bu sənətin «sirli», yalnız «ziyalıların» əli çatan təsəvvürlərini dağıtmağa çalışırdılar. Onlar rəsmi təsdiq olunmuş əxlaq kodekslərini saf çürük edirdilər. Məsələn Tolstoyun «Zülmətin hökmü» əsərinin tamaşası Paris ədəbi dairələrini heyrətdə qoymuşdu. Bunu sadəlik və həqiqilik uğrunda çalışma da adlandırmaq olardı.
Ardı →