Televiziya aparıcısı

XX əsrin möcüzəsi sayılan televiziya XXI-ci əsrə möhtəşəm inkişaf sürətilə qədəm qoydu. Etiraf edək ki,biz bu gün qlobal internet sisteminin kommunikasiya qüdrətindən nə qədər danışsaq da, hələlik televiziya öz təsir gücünü göstərməkdə davam edir.
Qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun meydana gəlməsində jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə səyi var.Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır.
Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib.Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır.
Davamı →

Videoçəkiliş

«Kamera həm görüntünü, həm də səsi yazan qara yeşik deyil. Kamera — tarixçə danışmaq qurğusudur». Con Premak, Boston televiziya studiyasının baş operatoru


1. TARİXÇƏLƏRİN AÇIQLANMASI


Əslinə qalanda, hər bir adam videokameradan (qara yeşikdən) istifadə etməyi, görüntü və səs yazmağı öyrənə bilər. Ancaq haqqında söz açacağınız tarixçəni başqalarına göstərərkən videokameradan faydalanmaq üçün texniki üsullara yiyələnməli, bacarıqlı və diqqətli olmalısınız.Praktik vəsaitin öncəki bölmələrində sizi reportyor işinin bəzi incəlikləri ilə tanış etdik. İndi videoçəkilişin bəzi yönlərini nəzərdən keçirək.
Videokameranın funksiyası görüntü və səsin yazılmasıdır. Ancaq elə yazılmasıdır ki, seyrçilər özlərini olay yerində hiss etsinlər.
Yüksək səviyyəli operatorlar olayı o qədər ustalıqla çəkə bilirlər ki, hətta bu olayın şahidləri orda diqqətlərindən qaçan önəmli epizodlar görürlər.


Ardı →

Müsahibə texnikası

Müsahibə aparmağın bəzi praktik üsul və yollarına göz yetirək.

6.1.MƏŞQ-GƏZİŞMƏ

Müsahibə aparmağa hazırlaşarkən, bir neçə dəqiqə ayırıb, müsahibəverənlə məhrəm söhbətə girişin və onu çəkilişə kökləyin.Adamların çoxu üçün bütövlükdə müsahibəyə hazırlıq prosesi — işığın qurulması, mikrofonun sazlanması və s. özü-özlüyündə qeyri-adi və maraqlıdır. Sizin vəzifə — bu prosesi pozmadan və məqsəddən diqqətinizi yayındırmadan müsahibəverəni «dilləndirməyə» çalışmaqdır. Siz bir növ buzu sındırmalısınız.
Təcrübəsiz adamlardan müsahibə götürəndə, unutmayın ki, onlar çox vaxt özlərini necə aparmağı bilmirlər. Deməli, bir neçə peşəkar məsləhətiniz yerinə düşər və onlar suallarınıza utanıb çəkinmədən, həm də inamla cavab vermək şansı qazanar.
İşıq və mikrofonlar quraşdırılarkən müsahibəverənlə ümumi söhbətlər aparın, onunla şəxsi ünsiyyət yaratmağa çalışın ki, müsahibə zamanı bütün diqqəti kamerada və s. texnikada yox, sizdə olsun. Ancaq bunu yadda saxlayın ki, məşqlərdə məqsəd idmançının qızışmasıdır, alışıb-yanması deyil. Adamların heç də hamısı eyni mətni bir neçə dəfə inandırıcı şəkildə təkrarlaya bilmir.


Ardı →

Süjet

Olayların izi ilə getməyə məcbur olduğunuz operativ reportajdan fərqli olaraq "öz" süjetinizi hazırlarkən nə demək istədiyinizi, xəbərlə görüntünü necə uzlaşdıracağınızı əvvəlcədən planlaşdıra bilərsiniz.
Öz süjetiniz müxtəlif tipli ola bilər. Bir yandan, bu süjet nisbətən dərindən işlənmiş operativ reportaj ola bilər və bu zaman çatdırılacaq material dərinlik və perspektiv qazana bilər. O biri yandan, həmin süjet hər hansı adam və ya layihə haqqında reportaj ola bilər. Bu reportaj hər hansı zaman öhdəliyi kötürmür və lazım gəldikdə müəyyən fundamentallıq vermək üçün proqrama salına bilir.
"Öz" süjetinizi işlərkən hazırlıq məsələləri operativ süjetə hazırlıqdan daha çox önəm daşıyır. Bu zaman olaya impulsiv münasibətə, yaxud tezcə olayın həlledici anını tapmağa gərək yoxdur. Sakitcə informasiya axtarışlarını planlaşdıra və materialı ən yaxşı şəkildə təqdim etmək üçün çəkiliş planını hazırlaya bilərsiniz.


Ardı →

Təcili xəbərlərin verilməsi

Təcili xəbərləri çəkərkən operativlik həlledici amil sayılır. Operativ çəkiliş tələb edən olay yerində, adətən, nə reportyorun, nə də operatorun məsləhətləşməyə vaxtı çox qalmır. Reportyor komandası bütün faktları əhatə etmək üçün tez və müstəqil fəaliyyət köstərməlidir.
Bu cür olaylardan material hazırlayanlara məsləhətlərimizi diqqətinizə yetiririk. Bu mənada öncədən hər hansı sərt qayda təklif etmək çətindir, ancaq tövsiyələrimizdən faydalanan və sıx əməkdaşlıq şəraitində çalışan reportyor və operator dar macalda yaxşı süjet çəkə bilərlər..Belə süjetdə mətnlə görüntünün uyarlığı da lazımi səviyyədə olacaq. Məsləhətlərimizə əməl edən reportyor, operator (və montajçı) işlərini maksimum çevik və səmərəli təşkil edə bilərlər.


Ardı →