Televizor və internet texnologiyasından necə istifadə etmək olar?
İnternet və televiziya texnologiyası yaşadığımız dövrün ən gözəl nailiyyətlərindəndir. Əgər bunlar olmasaydı, insanlar üçün hər şey necə də çətin olardı. Həqiqətən də, onların varlığı həyatımızda çox böyük bir rahatlıqdır. İstədiyimiz vaxt dünyanın istənilən yerindəki hər hadisəni, yeniliyi ən qərəzsiz, dəqiq şəkildə öyrənir və də görüntülərinə nail ola bilirik. Evimizdən çölə belə çıxmadan dünyanın dörd bir guşəsini, sanki oradaymış kimi seyr edə, dünyanın bütün gözəlliklərindən, sosial fəaliyyətlərindən faydalana bilirik. Getmədiyimiz yerləri, görmədiyimiz insanları, bilmədiyimiz mədəniyyətləri tanıya bilmək imkanı tapırıq. Sadəcə öz ağlımız, məlumatımız və mədəniyyətimizin hüdudları çərçivəsində yaşamaq məcburiyyətində qalmır, bizdən kənarda minlərlə fərqli mədəniyyətdən, minlərlə fərqli elmə sahib olan minlərlə fərqli ağlın gücündən istifadə edə bilirik. Sadəcə öz xəyal gücümüzü deyil, milyardlarla insanın xəyal gücünü, təxəyyül məhsulunu istifadə edirik. Sadəcə öz zövq anlayışımızla kifayətlənmir, dekorasiyadan geyimə, saç modellərindən yemək çeşidlərinə qədər dünyanın ən tanınmış dizaynerlərinin, mütəxəssislərinin zövqlərindən yararlanırıq. Bütün bunlar həyatımıza böyük rəng və gözəllik qatır.
Ardı →