Tərəzi bürcü haqqında ♎

Tərəzi bürcü altında doğulan şəxslər qayğıkeş olub hər şeylərini bölüşməyə hazırdırlar, qətiyyətsizdirlər. Venera planeti onlara çoxlu dost bəxş edir və şöhrət gətirir; həmçinin Tərəzini şübhələr içində saxlayaraq hansı yolu seçməyi, kimə üstünlük verməyi dəqiq göstərmir. Tərəzi ömrü boyu heç kimlə mübahisə etmədən yaşaya bilər. O, insanlarla razılıq və harmonik münasibətlər əsasında ünsiyyətdə olur. Veneranın adamı olan Tərəzi başqa insanlarda ilk növbədə nə isə müsbət bir şey görə bilir. Tərəzilər başa düşdükiəri bir işi görürlər; xoşlamadıqları şeylərdən imtina edirlər. Tərəzi — tarazlıq bürcüdür və balanslaşma bu bürc altında dünyaya gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. Onlar həyatda nəyinsə həddən artıq olmasını xoşlamırlar: çox işləməyi, pul ödəməyi, tünlüyü və s. Tarazlığın, ölçünün pozuiduğu yerdə onlar harmoniya və mütənasibliyi bərpa etməyə can atırlar.
Bəzən bu, çox qəribə nəticələrə gətirib çıxarır. Tərəzilər nəzarətdə olan rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gəlirlər, lakin onların nəzarətindən kənar olan vəziyyətləri tarazlamaq cəhdi təhlükəli ola bilər. Məsələn, Tərəzi tərəfdaşının incikliyini və pis münasibətini dözərək qəbui edir ki, onunla əlaqəsi kəsilməsin. Tərəzi vəziyyəti tarazlamaq naminə daha diqqətcil və səxavətli olur. Başqa on bir bürcdəkilərə nisbətən Tərəzi yaxın kompanyon və tərəfdaşa daha çox ehtiyac hiss edir.


Davamı →

Tərəzi bürcünün xarakteri

Tərəzi bürcü Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Payızın gəlməsiylə bərqərar olan bu bürc iki fəslin ab-havasını özündə cəmləşdirib. Belə ki, həm yayın qızmarlığı, həm də payızın soyuq təbiəti məhz «Tərəzi»lərin qismətinə düşüb. Elə bu səbəbdən də qədim misirlilər bu bürcü «gündüzü gecə ilə, əməyi istirahətlə tarazlayan» adlandırırdılar. Babil münəccimləri isə belə hesab edirdilər ki, bu işarə altında dünyaya gələnlər qətiyyətsiz və dəyişkən adamlardır. Bir-birini inkar edən bu məlumatlar «Tərəzi»lərin konkret xarakterini təyin etməkdə çətinlik yaradır. Amma hər halda bəhs etdiyimiz qrupa aid olan insanlar haqqında bizim də özəl baxışlarımız var…
Haqqında yazdığımız bürcün gəlişi təbiətdə olduğu kimi ictimai-siyasi hadisələrin axarında, elm və texnika sahəsində, eləcə də insanların həyatında mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq Tərəzi bürcünün əhatə etdiyi dövr məmləkətimiz üçün nisbətən düşərli olur.
Davamı →