Kimya və dərmansız testosteronun qaldırılması

Libido, əzələ, seksuallıq və bir çox kişiyə məxsus hallar sizin testosteron səviyyənizdən asılıdır. Bu hormonun təbii yolla artırılmasını araşdırdıq.
Yuxu
Yuxu zamanı bu hormonun əsas hissəsi ifraz olunur. Normal yuxu – gündə 7-8 saat təşkil edir. Yaxşı olar ki, erkən yatıb, səhər sübhdən oyanasınız. İdeal halda siz özünüz oyanmalısınız, heç bir saat qurmadan. Tam qaranlıq və sakitçilikdə yatmaq mütləqdir.
Davamı →

Qadınlarda "kişi" hormonu

  • Qadın
Testosteron kişilərin əsas hormonu sayılır. Bu hormonun təsiri altında kişilərə xas olan bədən quruluşu, tüklənmə tipi, digər xüsusiyyətlər (xasiyyət, davranış, təfəkkür və s.) formalaşır. Testosteron spermatozoidlərin hazırlanmasında iştirak edir, kişilərdə potensiyanı stimullaşdırır. Lakin bu hormon tək kişi orqanizmində deyil, qadın orqanizmində də hazırlanır. Təbii ki, qadınlarla müqayisədə kişilərdə bu hormonun səviyyəsi xeyli yüksəkdir.

Testosteron həm qadınlarda, həm də kişilərdə orqanizmin bir çox orqan və sistemlərin fəaliyyətinə təsir edir. Testosteron əzələ toxumasının yığılmasına təsir edir. Məhz bu səbəbdən kişilərdə qadınlarla müqayisədə əzələ toxuması daha çox olur və daha tez yığılır. Qadınlarda isə piy toxuması daha çox olur. Məhz bu səbəbdən kulturizm, bodibildinq və s. buna oxşar idman növləri ilə məşğul olan qadınlarda əzələ toxumasının həddən artıq yığılması yalnız tərkibində testosteron olan xüsusi dərman preparatların köməyi ilə mümkündür.
Davamı →