Tarixə qovuşan, unudulmaqda olan peşələr
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
VW iyul ayında rəsmi təqdimatı keçiriləcək Yeni Passat ilə əlaqədar ilk detalları açıqladı. Son mərhələyə gələn şəkillər araşdırıldığında Yeni Passatın mövcud modelə görə daha dinamik və kəskin xətlərə sahib olacağını söyləmək olar. Firma tərəfindən paylaşılan digər önəmli məqam isə sələfinə görə yeni modeldə uzunluqda artım deyil, azalma olmasıdır. Lakin bu qısalma interyerdə əks olunmamışdır və əksinə mövcud modelə görə Yeni Passat daha yaxşı baş və diz məsafəsi təqdim edəcək. Eyni zamanda yanacaq sərfini və istehlak dəyərini aşağı salmaq məqsədi ilə Yeni Passat əvvəlki modelə görə 85 kq daha yüngül olacaqdır. Texniki olaraq ən vacib əlavələrdən biri 2 litrlik cüt turbo bəsləməli yeni bir mühərrik Passat ilə təqdim ediləcək. Yen mühərrik 240 at gücünə sahib olacaq və 7 irəli DSG və 4 Motion ilə təqdim ediləcək. Gələn ilin payız aylarında satışa çıxarılacaq modelin ölkəmizə gəliş tarixi hələki dəqiq deyil.
Britaniyalı rəssam Kris Labroyun işlərindən ibarət seriyada pikaplar uzanır, düyünlənir və fırlanır.
Krisin işləri onun böyük obyektin müstəvidə mümkün davranışlarına olan baxışlarını əks etdirir. O, maşınları, təyyarələri və digər texnikanı memarlıqla birləşdirir və bütün bunları mürəkkəb heykəllərə çevirir.
Avtomobil tematikasına müəllif ilk dəfə deyil müraciət edir: bir il öncə Kris «Avtoaerobika» adlı rəqəmsal işlər seriyasını təqdim edib. Burada avtomobil sənayesi klassikası düyünlənirdi. İndi isə rəssam rəngli pikapları onların müxtəlif formalar aldığı, daha çox plastilinlə işi xatırladan müxtəlif situasiyalara salır.
Qərb mütəxəssislərinin son 15 il ərzində apardığı tədqiqatların nəticəsi olaraq aşkarlanmışdır ki,məişət texnikası hamilə qadınların özlərinə və onların doğulacaq körpələrinin gələcəyinə mənfi təsir edir.