GPS nədir, GPS ilə nələri izləyə bilərəm?

GPS, peyk texnologiyasından istifadə edərək Yer üzərindəki hər hansı bir nöqtənin dəqiq koordinatlarını müəyyən etməyə imkan verən qlobal bir navigasiya sistemidir. Bu sistem hərbi məqsədlər üçün inkişaf etdirilsə də, zamanla mülki həyatın ayrılmaz bir hissəsinə çevrilib və müasir texnologiyaların ən əhəmiyyətli komponentlərindən birinə dönüşüb. GPS yerin dəqiq koordinatlarını müəyyən etməklə naviqasiya, yer ölçmə, təhlükəsizlik, idman və bir çox digər sahələrdə dəqiq və etibarlı məlumatların əldə edilməsini təmin edir. Günümüz dünyasında GPS, həm peşəkar, həm də şəxsi istifadə üçün olmazsa olmaz bir vasitədir.


Davamı →

Keçmişdən bu günə qədər televizor

17 dekabr 1996-cı ildə BMT Baş Assambleyası 21 noyabr  tarixini Dünya Televiziya Günü elan edib.
Hal-hazırda televiziya ilə əhatə olunmayan heç  bir dövlət yoxdur. Televiziya ən nüfuzlu elektron kütləvi informasiya vasitəsidir.  Sehirli güzgü, nağıl və afsanələrin  sübut etdiyi kimi Bəşəriyyət uzun illər məsafələr arasında  təsvirin ötürülməsinin xəyalını qururdu, üzərindən heç 1000 illik də keçməmiş bu xəyal reallaşdı.

Davamı →

Komfortlu həyat üçün yüksək texnologiyalar

Texnologiya istehsalçıları davamlı olaraq, həyatı asanlaşdırmağa, rahatlaşdırmağa və təhlükəsizləşdirməyə çalışırlar. Nəticədə maraqlı və həqiqətən də lazımlı əşyalar yaranır.  Aşağıda belə yeni əşyaların bəziləri ilə tanış ola bilərsiniz:
“Always Home Cam”
2020-ci ilin sentyabr ayında “Ring” texnologiya şirkəti ev təhlükəsizlik sistemləri üçün maraqlı bir yenilik təqdim etdi. Ənənəvi “CCTV” kameralar görüntüləri sabit nöqtələrdən ötürür, “Always Home Cam” dronu isə evin ətrafında uçaraq çəkiliş aparır. İşdə olarkən, evdə baş verənləri smartfon ekranında real vaxtda görə bilərsiniz.

Davamı →

Yeni texnologiyalar və dəyişən dünya

Türkiyədə yaşayan bir tanışımın Azərbaycandaykən işlətdiyi iPhone telefonu artıq çalışmır, yəni zənglər gedib gəlmir. Heç bir sim kartı qəbul etmir. Səbəb isə Türkiyə qanunvericiliyinə görə ölkəyə daxil olduqdan sonra 120 gün ərzində telefonu qeydiyyata salmalı olmasıdır. Bunun üçün isə az olmayan bir vəsait tələb olunur. Həmin tanışım isə o telefondan yalnız wi-fi olan yerlərdə (hansı ki, bir çox yerdə var artıq) istifadə edə bilir. WhatsApp və digər sosial media vasitələrindən istifadə edərək digər şəxslərlə rahatlıqla əlaqə yarada bilir.

Davamı →

Replikantları yaratmaq məsələsi

Ötən ilin ən uğurlu elmi-fantastik ekran işi rejissor Deni Vilnyovun «Arrival» filmi idisə, bu il də kanadalı rejissor  «Blade Runner»-in (Ülgüc Üzərində Qaçan) davamını ərsəyə gətirməklə, ortaya keyfiyyət qoymuş oldu. Tənqidçilər tərəfindən ən bəyənilən elmi-fantastik ekran əsərlərindən biri olan «Blade Runner»-in davamını çəkmək olduqca çətin iş idi, Vilnyov isə «Blade Runner 2049»-u ilə layihəyə şübhə ilə yanaşan tənqidçiləri razı qoymağı bacardı. Söhbət heç də üzvi bədən hissələrindən yığılmış və öz yaradıcıları olan insanlara meydan oxumaq istəyən ağıllı androidlərin dünyasından getməyəcək.

Davamı →

Rəssam və kino sənəti

Əsrlərboyu yaradıcı insanlar təsviri canlandırmağı, onu hərəkətə gətirməyi arzulayırdılar. Fotoqrafiya meydana çıxdıqdan sonra yalnız kiçik bir addım atmaq qalırdı: kino lentini, çəkiliş və proyeksiya üçün kino aparatlarını yaratmaq və ekranı əvəz edən ağ parça asmaq. Bu da baş verdi. Parisdə Lümyer qardaşları “Qatarın gəlişi” adlı ilk qısa kinolenti nümayiş etdirdikləri gün — 22 mart 1895-ci il kinonun yaranma günü hesab olundu.
Əvvəlcə kino ağ-qara, səssiz idi, filmdə isə əsas ifadə vasitəsi təsvirin özü, onun hərəkət möcüzəsi oldu. Kinematoqrafın bu inkişaf mərhələsi “Böyük lal” adını almışdı. Səssiz kino dövrünə şöhrəti əfsanəvi Çarli Çaplin gətirmişdi.
Davamı →

Simsiz şəbəkə texnologiyaları

İnformasiya texnologiyalarının bir növü də naqilsiz və ya simsiz (wireless) texnologiyalardır. Bu texnologiya informasiyanın bir-birindən müəyyən məsafədə yerləşmiş və aralarında naqilli bağlantı olmayan iki nöqtə arasında ötürülməsinə xidmət edir. İnformasiyanın ötürülməsi üçün radiodalğalardan, eləcə də infraqırmızı, optik və ya lazer şüalanmasından istifadə edilə bilər.
Naqilsiz şəbəkələrdə iki iş rejimi nəzərdə tutulub: «ad hoc» və «infrastruktur». «Ad hoc» (latm dilindən tərcümədə «xüsusi olaraq bunun üçün», «bu hal üçün» deməkdir) rejimində kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır.
Davamı →

Övladınızı internetdə gözləyən təhlükələr


Texnoloji yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Övladlarınız da bu yeniliklərlə həm evdə, həm də cəmiyyətdə sıx təmasda olduğu üçün onların texnoloji sağlamlığını və təhlükəsizliyini təmin etmək mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, ailənizin kiçik üzvləri ilə texnoloji vasitələrin istifadəsi ilə bağlı bir neçə məqamı razılaşdırmalısınız:

Şəxsi məlumatları (ev ünvanı, telefon nömrəsi, təhsil aldığı məktəbin nömrəsi və s.) bəyan etmək, xüsusilə tanımadığı şəxslərlə paylaşmaq olmaz;
Davamı →

Valyuta konvertasiyasının yeni dövrü

Müxtəlif saytlarda bir-birinə oxşar adi valyuta konvertorların funksionallığı və yorucu interfeysi artıq gündəlik mübadilə edənlərin tələblərinə cavab vermir. Təqdim etdiyimiz məhsul geniş funksionnalığı, xoşagəlimli interfeysi və rahat istifadəsi ilə digərlərindən tamamilə fərqlənir.


Ardı →

Telefonunuz neçəlikdir?

Bu yazını uzun müddətdir yazmaq istəyirdim. Ümumiyyətlə, çox sevdiyim məqalə yazarlarının son aylarda passivləşməsi üzüntülü bir hal almışdı. 3 həftə əvvəl telefonumun “rəhmətə getməsi” və dünən də bu xəbəri görəndə lap ürəyim ağrıdı. Bir az dərdimi Sizinlə paylaşım. 

Məsələ, texnologiyanın qram-qram inkişaf etdirərək, hər qramından milyonlar qazananları qınamağımdadır. Sanki, teknologiya da elə qram-qram inkişaf edir, bunlar da məcbur ətəklərində nə varsa onu da ortaya tökürlər. Bəzi skandallarla da zibillər ortaya çıxırdı. Bir ara yadınızdadırsa (2003) bəzi normal harddisklər xüsusi metodlarla formatlayanda (ghost ilə klonladıqda) həcmləri 2 dəfə artırdı (RAID olduğu ortaya çıxırdı). Səbəbi belə izah olundu ki, istehsalçıya az həcmli ilə çox həcmli harddiskə sərf etdiyi xammal eyni qiymətə başa gəldiyindən gələcək model harddiski indidən çıxarıb, artıq həcmi isə xüsusi kodlarla gizlədir. Bəs nəyə görə bunu edir? Çünki, indidən ucuz versə, sabah ac qalacaq.
Ardı →