Texnoloji tərəqqinin digər üzü

Daha rahat həyat, yoxsa tam nəzarət altında?
“Bəşəriyyətin tarixi böyük ölçüdə texnikanın tarixidir. Bu səbəbdən yaxın 50 ilin tarixi Banqalorda müdriklərin və ya Nyu-Yorkda intellektualların nələri kəşf etmələrindən asılı olacaq. Daha dəqiq ifadə etsək, inkişafımızın əsas istiqamətlərini cəmiyyətin bu elmi və texniki kəşflərdən necə yararlanacağı müəyyən edəcək. Düzdür, başqa faktorların da rolu olacaq, məsələn, təbiət dəyişiklikləri, yaxud qlobal kapitalizmə meydan oxuya biləcək ideologiyaların peyda olması. Ancaq məhz texniki tərəqqi bütün yeniliklərin başlıca mühərriki olaraq qalmaqda davam edəcək”. “Qarşıdakı 50 ilin tarixi” kitabının müəllifi Riçard Uotson hesab edir ki, texniki yeniliklər cəmiyyətin aparıcı amili olaraq həm müsbət, həm də mənfi rol oynaya bilər. Vəziyyət hətta o həddə çata bilər ki, insan texnikaya qarşı qiyam da qaldırar…
Davamı →

"Nanobeyin" nədir və ya o nə üçündür?

Yaponiyada alimlər nanorobotları idarə etməyə imkan verən molekulyar struktur — «nanobeyin» hazırlayıblar. Alimlərin sözlərinə görə, «nanobeyin»dən superkompüterlərin istehsalı zamanı istifadə oluna bilər.
Sukubada (Yaponiya) yerləşən Gənc Alimlərin Beynəlxalq Mərkəzinin əməkdaşları Somobrata Axarya və Anirban Bandiopadya eyni vaxtda bir neçə nanomaşını idarə etməyə imkan verən mürəkkəb molekulyar struktur yaradıblar. Tədqiqatçılar keçirdikləri eksperiment nəticəsində sübut ediblər ki, 17 ədəd DRQ molekulundan ibarət struktur (benzokvinon və tetrametildən ibarətdir) bir takt ərzində 16 komanda yerinə yetirən prosessorun gücündə fəaliyyət göstərir.


Ardı →

4.4 Texnoloji mühit

XX əsrin sonu sənayenin bütün sahələri praktiki olaraq texnoloji dəyişikliklərin təsirinə məruz qaldı.
Məsələn, mikroprosessor postindustrial dövrün müjdəçisi oldu və ehtimal ki, heç bir digər iotira deyil, məhz o, müasir həyata çox güclü təsir gös­tərdi. Mikroprossesorlar məlumatların yığılması, onların işlənməsi və yayıl­masına inqilabi surətdə təsir etdi. Onlar istehsal texnologiyasında əhəmiyyətli dəyişikliklərə səbəb oldu və texnoloji dəyişikliklərin artım tempini sürət­ləndirdi. Kotlerin göstərdiyi kimi (Kotler, 1997), bütün bəşəriyyət tarixində yaşayan və işləyən alimlərin 90%-i indiki dövrdə yaşayır. Elmi-tədqiqat fəa­liy­yətinin müasir presedentsiz səviyyəsi texnoloji proseslər və dəyişikliklərin artım tempinə əhəmiyyətli tövhə vermişlər.


Ardı →