Ən geniş yayılmış 10 tibbi mif

1. Gündəlik 8 stəkan su içmək lazımdır
 Əslində ehtiyacınız olduğu qədər su için. Orqanizmə lazım olan maye miqdarını özü də tənzimləyə bilir. Sizə lazım olduğu qədər su içirdir orqanizm. Lakin çox isti havada, sidiyinizin rəngi tünd sarı olanda maye tükətimini artırın.

2. Yumurta yemək ürəyiniz üçün ziyandır
 Əslində gün ərzində 1 və ya 2 yumurta yemək olar, düzdür yumurta sarısında xolesterol var, amma az miqdardadır. Yumurta sarısının içində omeqa-3 yağ turşuları da var ki, onlar ürək üçün xeyirlidir.

3. Antiperspirantlar (tər əleyhinə vasitələr) süd vəzisi xərçəngi yaradır
 Əslində aşırı tərləmək yaxşı deyil. Antiperspirantlar da kimyəvi tərkibli maddələrdir və qismən də olsa dəriyə keçir.Amma antiperspirantların süd vəzisi xərçəngi yaratması haqqında elmi sübutlar yoxdur. İsti havalarda səhər duş alıb, antiperspirant çəkirsinizsə, onda mütləq axşam evə gələndə də duş qəbul edib antiperspirantı yumaq lazımdır.
Davamı →

Tibbdə qeyri-adi faktlar

Tibb elmi çox qədim və həssas elmdir. Axı insan bədəni özündə  bir sıra sirləri gizlədir. Bu səbəbdən tibb öz mülahizələrində  orta statistikanı götürür.

İnsan orqanizmi dəyişkən, plastik olduğundan qəbul olunmuş standartdan tam fərqli faktlara da rast gəlmək mümkündür.

1. 1980-ci ildə Corciya xəstəxanasına müraciət edən  Uill Consda insan bədəni üçün ən yüksək temperatur  46,5 S qeydə alınıb. 24 gündən sonra o, xəstəxanadan evə buraxılır.

2. İnsan üçün ən aşağı temperatur isə 1994-cü ilin fevralın 23-də Kanadada Recayn şəhərində qeydə alınıb. İki yaşlı Karli Kozolofski qapının çırpılması nəticəsində 6 saat  mənfi 22 dərəcə soyuqda qalıb. O, tapılanda bədənin temperaturu 14,2-yə düşmüşdü və bu, tibbit faktdır.

3. Kompulsiv davranışları ilə diqqəti çəkən  qadının qarnından 2533 əşya tapılıb. Bunların arasında 947 ingilis sancağı da var imiş. Qadın isə sadəcə qarnında yüngül sancıdan şikayət edib.


Ardı →