Düşüncəmizi, ətrafı qavrama və davranışımızı dəyişən infeksiyalar

İnsanlar çox fərqlidirlər. Hərənin öz genetik kodu, qidalanma alışqanlığı, keçmişi və....öz parazitləri vardır. Bunların hamısına eyni diqqəti göstərmirik. Məsələn, genetikanın insana təsiri haqqında internetdə youtube-u tapmağa qadir olan hər kəs nə isə bilir. Amma parazitlərin və mikrobların insana nə təsiri olduğunu çox adam bilmir.

Mən də bilmirdim.
Amma özü-özünə suallar soruşan, anlamaqda, dərk etməkdə dürüst və ədalətli davranan hər kəs əvvəl-axır cavabı da alır.

Çoxunuz Misir ehramlarını görmüsünüz. Bundan 2 500 il əvvəl Misirdə Nil çayının sahilində böyük bir mədəniyyət olub. Məqbərələr və geri qalan mədəni miras o qədər möhtəşəmdir ki, bir çox insan Misirlə bağlı əşyaları evində gözünün qabağında saxlayır. O cümlədən pişik heykəllərini. Qədim misirlilər pişikləri çox seviblər. Bir növ sitayiş ediblər yəni. Bu fakt alimlərin diqqətindən yayınmayıb.
Davamı →