İrqi daltonizm

Sübut olunub ki, ilk görüşdə həmsöhbətimizin ən gec fərqinə vardığımız xüsusiyyəti onun dərisinin rəngidir. Buna baxmayaraq bir çox insan iş həyatında kolleqasının və ya partnyorunun irqi ilə əlaqədar məsələlərində özlərini kifayət qədər narahat hiss edirlər və çox şeyi gizlətməyə çalışırlar. Belə davranışa irqi daltonizm adı qoyulub.

Aydın olub ki, irqi daltonizm bir çox anlaşılmazlıqlara gətirib çıxarır. Məsələn, əgər siz iş yerində irqi məsələləri görməməzlikdən gəlsəz və özünüzü narahat hiss etsəz, ətrafınız tərəfindən bu tam əks mənada anlaşıla bilər. Sizi qatı irqçi kimi başa düşə bilərlər.


Davamı →

Tolerantlıq

Varfolomey gecəsi insanların hər hansı bir fərqinə görə qırğına məruz qaldığı yeganə hadisə deyil. Dünya çox belə qırğınların şahidi olmuşdur. İspaniya katolik olmayanları inkvizisiyaya məruz qoyan, Amerika Birləşmiş Ştatları isə bir neçə yüz il zənciləri və hinduları mənsub olduqları irqlərinə görə təqib edən ölkə kimi tarixə düşmüşdür. Lakin bu kimi qırğınların ən böyüyü 1939-1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi illərində milyonlarla yəhudinin yalnız milli mənsubiyyətə görə məhv edildiyi “Holokost”* hadisəsi olmuşdur.
Ümumiyyətlə, dini, milli, irqi, cinsi, siyasi, ideoloji fərqlərinə görə insanların təqiblərə və zorakılıqlara məruz qalması halları əksər ölkələrdə mövcud olmuşdur.
Davamı →