Yağlı dərilər üçün tonal krem seçimi

Bu dəri tipinə sahib olan xanımlar mütləq yağlı dərilər üçün nəzərdə tutulmuş tonal kremlərə üstünlük verməlidirlər. Çünki yağlı dərilər sızanaqlara, qara nöqtələrə qarşı olduqca həssasdırlar. Belə dərilərdə tonal kremin dəri məsamələrini tutması qısa müddətdə üzdə çoxlu sayda sızanaq və əsasən də qara nöqtələrin yaranmasına səbəb olur.

Yağlı dərilər üçün nəzərdə tutulmuş bəzi tonal kremlərin tərkibində olan müəyyən maddələr isə sızanaq və civzələrlə mübarizə apardığından bu cür problemlərin də qarşısı alınmış olur.

Həmçinin, bir çox xanımlar dərilərinin yağlı olması səbəbindən tonal kremin üzlərində qalıcı olmamasından və ya üzlərində yağlı görüntü yaratmasından şikayətlənir.
Davamı →

Tonal kremin düzgün seçilməsi

Qızlar, bu topikdə düzgün, cildə uyğun tonal kremin necə seçilməli olduğundan bəhs edəcəm. Bu barədə internetdə türk dilində və ya başqa xarici dillərdə məlumat əldə edə bilərsiz təbii. Amma mən bunları ümumiləşdirib öz təcrübəmi də əlavə edəcəm və sizə qaranlıq qalan cild alt tonuna uyğun tonal kremi seçməkdə kömək edəcəm. 

Tonal krem seçimində yanılmaq tez-tez rast gəlinən səhvlərdəndir. Nəzərə alsaq ki, az pul da vermirik. Ona görə gəlin seçimimizi şüurlu edək. Tonal kremləri (foundation cream), eləcə də corrector, consealer (göz ətrafı qüsurları üçün istifadə olunur), BB cream, CC cream kimi cild məhsullarını alarkən cildimizin təkcə qaraşın, sarışın və ya ağbəniz olmasına görə seçim etmək düzgün deyil.
Aşağıdakıları nəzərə almaq lazımdır:
Davamı →