Zaman qövslərində hərəkətlilik

«Heç bir şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir.»   A.Koyre
Mətn yolculuğu təkcə gələcəyə istiqamətlənmir, bəzən keçmişə də təsir edir. Yəni bu günün gələcəyə doğru olan hərəkətliliyi hərəkətsiz sayılan keçmişi də arxasınca çəkib apara bilir. Lakin bu sadəcə vizual görüntüdür (oxu: düşüncədir) və əsas mexanizm — itələyici qüvvə keçmişin özüdür. Bunu velosiped təkərlərinin hərəkətinə də bənzətmək olar. Arxa təkəri keçmiş, ön təkəri gələcək kimi düşünsək, vizual görüntüdə arxa təkər ön təkərin arxasınca gedir. Başqa formada desək, ön təkər arxa təkəri arxasıyca çəkir. Amma həmişə olduğu kimi burda da görüntülər daxili məzmunu əks etdirmir. Keçmiş və gələcək çevrələrinin «toxunma nöqtəsi» olan «bu gün»ü də pedallara bənzədib hərəkətləndirici nöqtə ilə bənzətməni tamamlamaq olar. Və ya, zənnimcə, çevrələr nöqtələr çoxluğundan ibarətdirsə, bu çoxluqdakı hər bir nöqtəni də «bu gün» adlandırmaq məntiqsiz sayılmaz.

Davamı →